Accessibility links

Müqtəda Əl-Sədr döyüşçülərini silahları hökumətə geri verməyə çağırıb


İraqın nüfuzlu şiə ruhanisi Müqtəda Əl-Sədr döyüşçülərini silahları hökumətə geri verməyə çağırıb. Bu çağırış İslam Dövləti qrupunun məğlubiyyətindən sonra edilib.

Müqtəda Əl-Sədr bəzi ərazilərin də İraqın təhlükəsizlik qüvvələrinə təhvil verilməsini istəyib. Lakin o, döyüşçülərin Səmarra şəhərində şiə məbədinin qoruyucuları kimi şəhərdə qalacağını bəyan edib.

Əl-Sədrin çağırışı İraq televiziyası ilə yayımlanıb.

İraq paytaxtında İŞİD üzərində qələbə münasibətilə bazar günü hərbi parad keçirilib. Bundan bir gün öncə baş nazir Heydər Əl-Abadi cihadçı qrupa qarşı mübarizənin müvəffəq şəkildə başa çatdığını elan edib.

Hərbi parad canlı yayımda göstərilməyib və yalnız dövlətə məxsus media nümayəndələri orada iştirak edib.

Şahidlərin bildirdiyinə görə, İraq hərbi qüvvələrinin birləşmələri Bağdadın mərkəzi meydanı ilə addımlayıb, helikopterlər və döyüş təyyarələri isə meydan üzərində uçub.

Baş nazir Abadi Twitter sosial şəbəkəsində yazdığı mesajında İraq hərbi qüvvələrinə göstərdikləri xidmətə görə təşəkkürünü bildirib və həyatlarını qurban vermiş insanların xatirəsinə ehtiramını ifadə edib.

Əl-Sədrin döyüşçüləri 2014-cü ildə Mosulun İŞİD tərəfindən ələ keçirilməsindən sonra qrupla mübarizəyə qoşulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG