Accessibility links

ABŞ səfiri Goranboyda kitabxanaya kitablar hədiyyə edib


ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta regionda iqtisadi, mədəni və sosial şəraiti müzakirə etmək üçün Goranboy rayon (Bakıdan 330 kilometr qərb) İcra Hakimiyyəti başçısı Nizaməddin Quliyevlə görüşüb.

ABŞ səfirlyinin məlumatına görə, Goranboy ABŞ-ın USAID/Azerbaijan təşkilatının uzun illərdir fəaliyyət göstərdiyi regionlardan biri hesab olunur.

Səfir Sekuta xanımı ilə həmçinin Goranlı kəndini zəyarət edərək Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi çərçivəsində USAID - US Agency for International Development və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən kitabxanaya kitablar ianə edib. 681 Goranlı sakininin təhsilini inkişaf etməyə xidmət edən kitabxana azərbaycanlıların daha firavan həyat qurmasına dair Amerika Birləşmiş Ştatlarının göstərdiyi davamlı öhdəliyin gözəl bir nümunəsidir.

XS
SM
MD
LG