Accessibility links

Qazaxıstan prezidenti Azərbaycanda səfərdədir


İlham Əliyev və Nursultan Nazarbayev
İlham Əliyev və Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanda səfərdədir.

Azərbaycan prezidenti İlham Əliyevlə Qazaxıstan prezidentinin görüşünün nəticəsi olaraq iki ölkə prezidentlərinin Birgə Bəyannaməsi imzalanıb.

Bundan başqa, Azərbaycan Dəmir Yolları” QSC ilə Qazaxıstan Dəmir Yolları Milli Şirkəti arasında logistika və dəmir yolu nəqliyyat maşınqayırması sahəsində strateji əməkdaşlıq haqqında saziş, Azərbaycan və Qazaxıstan hökumətləri arasındaikiqat vergitutma sahəsində sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında protokol, beynəlxalq avtomobil əlaqələri haqqında, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişlər və iki ölkə Xarici İşlər Nazirlikləri arasında 2017-2018-ci illər üzrə əməkdaşlıq proqramı imzalanıb.

İlham Əliyev və Nursultan Nazarbayev
İlham Əliyev və Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, bəyannamədə bütün istiqamətlər üzrə münasibətlər nəzərə alınıb.

“Biz aydınlaşdırdıq ki, yaxın iki-üç il ərzində əmtəə dövriyyəsini kəskin şəkildə - bir neçə dəfə artırmağa imkan var. İdarələr arasında, xüsusən nəqliyyat-kommunikasiya nazirlikləri arasında imzalanacaq sənədlər, müvafiq razılaşmalar hər iki dövlət üçün böyük səmərə vəd edir”, APA agentliyi Qazaxıstan prezidentinə istinadən bildirib.

İqtisadi-siyasi, mədəni-humanitar məsələlərə gəldikdə N. Nazarbayev deyib ki, münasibətləri bir daha vurğulamaq üçün gənclərin dövlətlərdəki müvafiq ali məktəblərə qəbul edilməsi, mədəni münasibətlərin, ziyalıların görüşlərinin, iki ölkənin qarşılıqlı mədəniyyət günlərinin bərpa olunması məsələlərinə diqqət yetirilməlidir.

“Bunun üçün yaxşı imkanlar, bir növ körpü var. Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır. Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik. Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük”.

Azərbaycan prezidenti İlham Əliyev münasibətlərin inkişafından çox məmnundur.

“Biz daim əlaqə saxlayırıq. Bu gün biz artıq bir sıra məsələlərə dair fikir mübadiləsi apardıq. Biz bu işə dünən axşam başladıq və artıq baş tutmuş fikir mübadiləsi göstərir ki, müzakirə edilən bütün məsələlər barədə mövqelərimiz tamamilə üst-üstə düşür. Siyasət sahəsində fəal qarşılıqlı əlaqələrimizi, iqtisadi sahədə, nəqliyyat sahəsində yaxşı perspektivləri ətraflı müzakirə etmişik və indi nümayəndə heyətlərinin iştirakı ilə diskussiyaları davam etdirəcəyik. Fikrimcə, sizin səfəriniz və qəbul ediləcək qərarlar investisiyaların həcmini artırmaq üçün özəl sektoru da stimullaşdıracaq”, Əliyev qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG