Accessibility links

İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfər edib


Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası artıq başa çatıb. Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

İlham Əliyev Cocuq Mərcanlıya səfər edib
İlham Əliyev Cocuq Mərcanlıya səfər edib

İyunun 14-də prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb.

Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində erməni tərəfinin nəzarətinə keçən Çəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən azad edilib. Lakin kənd erməni silahlı qüvvələrinin atəş nəzarətində qaldığından orada yaşayışın bərpası mümkün olmayıb. Yalnız bir ailə evini tərk etməyib.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndində yaşayışın bərpası üçün imkan yaranıb.

Prezident Əliyev 2017-ci il yanvarın 24-də“Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncam imzalatyıb və kənddə bərpa-tikinti işləri başlayıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin məlumatına görə, kəndin 2 milyon 600 min kvadratmetr ərazisi minalardan, partlamamış döyüş sursatlarından təmizlənib.

İlham Əliyev Cocuq Mərcanlıya səfər edib
İlham Əliyev Cocuq Mərcanlıya səfər edib

Birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər yerləşdiriləcək.

Bu gün prezident İlham Əliyev kəndin yeni tikilmiş yolunun açılışında iştirak edib. Sonra Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanış olub və kənddə qalan yeganə sakin Oqtay Həziyevin evində olub.

Daha sonra dövlət başçısı yeni inşa olunan 96 şagird yerlik məktəbə və Cocuq Mərcanlıda Şuşa məscidinin ekskizi əsasında tikilmiş məscidə baş çəkib.

Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG