Accessibility links

Müdafiə naziri Brüsselə gedib


Zakir Həsənov
Zakir Həsənov

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Əfqanıstanda həyata keçirilən NATO-nun Qətiyyətli Dəstək missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində iyunun 29-da keçiriləcək görüşündə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan xarici işlətr naziri 2016-cı ilin dekabrında naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin dekabrın 7-də Brüsseldə keçirilən iclasında deyib ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və Əfqanıstan xalqının dostu kimi Qətiyyətli Dəstək Missiyasına töhfəsini verməyə davam etmək işinə sadiq qalmaqdadır.

“Mənim ölkəm bir neçə dəfə Əfqanıstan Milli Ordusunun (ƏMO) Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib. Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş Davamlı Tərəfdaşlıq vasitəsi ilə töhfə verməyi nəzərdə tuturuq”, o qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı sülhyaratma missiyasında iştirak edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG