Accessibility links

Pentaqon rəsmisi: ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik [Video]


Laura Kuper
Laura Kuper

ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper Azərbaycanda səfərdədir

“Azərbaycan rəsmiləri ilə müzakirələrimiz ABŞ-ın Əfqanıstanda və ümumiyyətlə Cənubi Asiyada tətbiq etdiyi yeni yanaşmalarala bağlı oldu. ABŞ Əfqanıstanla bağlı yeni yanaşma tətbiq edir. Bu yanaşma vaxt amili baxımından deyil, şəraitdən asılı olaraq qurulur.

Bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper Azərbaycana səfərinin yekunları ilə bağlı oktyabrın 12-də keçirdiyi brifinqdə bildirib.

Laura Kuper: ABŞ-ın yeni yanaşmalarını Azərbaycan rəsmiləri ilə müzakirə etdik
please wait

No media source currently available

0:00 0:04:13 0:00

L.Kuper Amerikanın Səsinin sualının cavabında Azərbaycan Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Xidməti və Prezident Administrasiyasının rəsmiləri ilə çox maraqlı və faydalı görüşlər keçirdiyini deyib.

“ABŞ-ın Azərbaycanla strateji əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm", o qeyd edib.

Xanım Kuper bildirib ki, ABŞ Azərbaycanı qlobal terrorizmlə mübarizədə çox vacib tərəfdaşı kimi dəyərləndirir.

"Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. Biz Azərbaycanla çiyin-çiyinə fəaliyyət göstərərək sülhün, sabitliyin bəqrərar olmasında Əfqanıstan hökumətinə yardım edirik. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir”.

O gələcəkdə ABŞ-ın Azərbaycanla əməkdaşlığını dərinləşdirmək və müdafiə sahəsində olan əməkdaşlığı daha da gücləndirmək üçün bu ölkəyə səfərlər etmək niyyətində olduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG