Accessibility links

ABŞ səfiri Qubada xalça toxuculuq müəssisəsini açıb


Robert Sekuta Qubada xalça toxuculuq müəssisəsində
Robert Sekuta Qubada xalça toxuculuq müəssisəsində

ABŞ və Azərbaycanın birgə səyləri nəticəsində Qubanın Alpan, Uzunmeşə, Kürkün və Susay kəndlərinin sakinləri xalça toxuculuq müəssisəsi layihəsinin sona çatmasını qeyd edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat üçün məlumatına görə, səfir Robert Sekuta və Amerikanın Beynəlxalq İnkişaf Agentliyinin (USAID), İqtisadiyyat Nazirliyinin, Quba İcra Hakimiyyətinin və yerli bələdiyyə qurumunun nümayəndələri tədbirdə iştirak edib.

Robert Sekuta Qubada xalça toxuculuq müəssisəsində
Robert Sekuta Qubada xalça toxuculuq müəssisəsində

Müəssisənin açılışı zamanı səfir Sekuta deyib ki, “qadınların iqtisadi bacarıqlarının gücləndirilməsi hər bir icma üçün, hər bir xalq üçün labüddür. Vacibdir ki, bu bölgənin qadınları öz icmalarına səmərəli töhfə vermək üçün lazımi alət və təcrübəyə malik olsunlar”.

USAID və Azərbaycan hökumətinin maliyələşdirdiyi layihəyə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) rəhbərlik edib. Layihə qədim xalça toxuculuğu sənətini qoruyacaq və canlandıracaq. Layihə çərçivəsində bu beş kənddə 30-a yaxın qadın peşə təlimi ilə təmin olunacaq və biznes imkanları əldə edəcək. ABŞ və Azərbaycan USAID-in İctimai-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı vasitəsilə Azərbaycanın 95 icmasında 108 icma layihəsi həyata keçirib və 165 000 insan bu layihələrdən yararlanıb.

Qubada yeraltı hamam
Qubada yeraltı hamam

Qubaya səfəri zamanı səfir Sekuta Qubadakı Gümbəzli hamamının bərpa prosesinin gedişatı ilə tanış olmaq imkanı əldə edib. Gümbəzli hamamı unikal tarixi abidədi və hal-hazırda səfirlərin Mədəni İrsin Qorunması Fondu vasitəsilə ABŞ Səfirliyi və yerli tərəfdaşlar tərəfindən bərpa edilir. Gümbəzli hamamının unikallığı onun qismən yeraltı arxitekturasındadır və bişmış qırmızı kərpicdən istifadənin ilkin nümunələrindən olmasındadır. Layihə 2014-cü ildə başladılıb və bərpa işlərinin ikinci mərhələsindədir. 2018-ci ilin martında tamamlanması gözlənilir.

Səfir həmçinin yerli yəhudi icması ilə görüşüb, Deşiva məktəbini gəzib və sinaqoqa baş çəkib.

XS
SM
MD
LG