Accessibility links

Azərbaycan və Əfqanıstan prezidentləri bəyanatla çıxış edib


İlham Əliyev və Məhəmməd Əşrəf Qani
İlham Əliyev və Məhəmməd Əşrəf Qani

Dekabrın 1-də Azərbaycanda səfərdə olan Əfqanıstan prezideneti Məhəmməd Əşrəf Qani və prezident İlham Əliyev sənədlərin imzalanmasından sonra bəyanatlarla çıxış edib.

Prezident İlham Əliyev bildirib ki, hazırda iki ölkə arasında əməkdaşlıq ən yüksək səviyyədədir.

“Gözəl siyasi əlaqələrimiz var. Beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normalarına uyğun həll edilməsi məsələsində Əfqanıstanın ədalətli mövqeyinə görə minnətdarıq. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda Əfqanıstanı dəstəkləyir. Biz Qətiyyətli Dəstək Missiyasının iştirakçısıyıq”.

Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq .

İlham Əliyev

Əliyev deyib ki, Azərbaycan multimodal tranzit və hava məkanından istifadəni təmin edir.

“Qərar qəbul etmişik ki, Əfqanıstanda xidmət aparan hərbçilərimizin sayını artıraq və bununla da Əfqanıstanda sabitlik, sülh və inkişafa töhfə verək”.

O iqtisadi xarakterli məsələlərin də müzakirə mövzusu olduğunu bildirib. İki ölkə prezidenti iqtisadi əlaqələrdə böyük potensial görür.

“Biz iqtisadi əməkdaşlıq və islahatlarla bağlı bütün məsələlərin müzakirəsi üçün birgə işçi qrup yaradacağıq”.

Əliyev qeyd edib ki, Əfqanıstan Azərbaycanda tətbiq edilən “ASAN xidmət”in təcrübəsindən yararlanan dövlətlərdən olacaq.

“ASAN xidmət” Azərbaycanda dövlət xidmətləri sahəsində həqiqətən inqilab etdi. Əhali arasında bu qurumun bəyənilmə reytinqi 98 faiz, yəni, 100 faizə yaxındır və bu qurum doğrudan da dövlət xidmətləri sahəsində böyük dəyişikliklər etdi. Çox şadıq ki, biz bu xidmətləri əfqan qardaşlarımız üçün təmin edəcəyik”.

Prezidentlər qarşılıqlı ticarətin həcminin artırılması yollarını müzakirə edib.

“Burada böyük potensial mövcuddur. Biz Azərbaycanın dövlət və özəl sektora məxsus sərmayəsinin Əfqanıstana qoyuluşunu müzakirə etdik. Sənaye inkişafı və kənd təsərrüfatı, enerji, neft və qaz, mədən sənayesi sahələrində də böyük potensial var”, Azərbaycan prezidenti vurğulayıb.

Nəqliyyat şəbəkəsinə dair də müzakirələr aparılıb.

“Azərbaycan və Əfqanıstan irimiqyaslı nəqliyyat layihələrinin iştirakçılarıdır. Bu gün konfrans zamanı hər ikimiz çıxışımızda Lapis-Lazuli nəqliyyat layihəsinə toxunduq. Bu, bütün iştirakçı dövlətlər üçün çox vacib layihədir. Eyni zamanda, Azərbaycan öz qonşu və tərəfdaş ölkələri ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini başa çatdırıb ki, bu Asiyadan Avropaya və geriyə yeni yol açır. Bu yol mövcud olan digər marşrutlar arasında ən qısa yoldur”, o deyib.

İlham Əliyev Azərbaycan şirkətlərinin Əfqanıstanda podratçı və investor qismində işləməyə hazır olduğunu diqqətə çatdırıb.

“Bizim müvafiq təcrübəmiz var və biz Əfqanıstandakı qardaşlarımıza faydalı olmaq istəyirik”.

İlham Əliyev və Məhəmməd Əşrəf Qani
İlham Əliyev və Məhəmməd Əşrəf Qani

Prezident Məhəmməd Əşrəf Qani isə bildirib ki, əfqanlar Azərbaycana gəldikdən sonra öz ölkələrində dəyişiklik etmək inamı ilə qayıdırlar.

“Bunların əyani sübutu “ASAN xidmət”dir. Maliyyə naziri səfər etdikdən sonra bu təcrübə dərhal tətbiq olunmağa başladı. Müvafiq qurum yaradıldı və o, Rabitə Nazirliyinin tabeliyinə verildi”.

Preziddent Qaninin fikrincə, Əfqanıstamda sülhün bərpasında Azərbaycan böyük məsuliyyət hissi olan qlobal iştirakçıdır. O hesab edir ki, Azərbaycanın Əfqanıstana“Şimal dəhlizi”ni açmaqsı mühüm əhəmiyyət daşıyıb.

NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər.

Məhəmməd Əşrəf Qani

“Sizin gördüyünüz işlər, sadəcə desək, NATO-nun missiyasını mümkün etdi. Bakı əməliyyatları ən sürətlə icra edən məkan nüfuzunu qazandı. NATO komandanları və generalları ilə söhbət etdikdə, onlar bu marşrutun səmərəliliyini, etibarlılığını və tam şəffaflığını qeyd etdilər. Heç kəsin heç bir problemi olmadı. İndi isə həmin dəhliz müdrik rəhbərliyiniz və göstərişlərinizlə bir tərəfdən Lapis-Lazuli yoluna, digər tərəfdən isə multimodal daşımalar sisteminə çevrilir. Onun sayəsində biz Avropaya, sizin ölkəyə və əksinə çıxış əldə edirik”, dövlət başçısı qeyd edib.

Əfqanıstan prezidenti bildirib ki, iqtisadi gündəlik olduqca genişdir, çoxşaxəlidir və böyük fayda gətirir.

“Bu sahədə yaradılmış çərçivə Azərbaycan biznes dairələrini, dövlət şirkətlərini ölkəmizə gətirir. Əlbəttə, vaxt keçdikcə Azərbaycan və Əfqanıstan xalqları daha böyük harmoniyaya nail olacaqlar, dostluq, tərəfdaşlıq və qarşılıqlı fayda dəyərlərini artıracaqlar”, Məhəmməd Əşrəf Qani qeyd edib.

XS
SM
MD
LG