Accessibility links

Gürcüstanın maliyyə naziri Azərbaycanda səfərdədir


Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze Bakıda səfərdədir. O, ikitərəfli əməkdaşlığın genişləndirilməsi və tranzit layihələrinin həyata keçirilməsi haqqında danışıqlar aparıb.

Baxtadze prezident İlham Əliyev tərəfindən qəbul edilib, maliyyə naziri Samir Şərifovla danışıqlar aparıb.

Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hər iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olunub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşlərdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edilib.

XS
SM
MD
LG