Accessibility links

İranda Xəzər sahilində Səfəvi dövrünə məxsus gəminin qalıqları tapılıb


Tarixdə böyük türk dövlətləridən biri sayılan Səfəvi dövrünə məxsus bir gəminin qalıqları İranda Xəzər dənizinin sahilində aşkar edilib.

Gilan Mədəni İrs İdarəsinin ictimaiyyətlə əlaqələ şğbəsindən Vəli Cahaninin dediyinə görə, 48 metr uzunluğunda olan bu gəminin qalıqları sahildən 300 metr aralıda aşkar edilib.

Bu gəmi haqda mütəxəssislərinin ilkin araşdırmalarında sübutlar göstərir ki, o, Rusiyadan hərəkətə başlayıb və bu ərazidə dayanıb, lakin naməlum səbəblərdən dolayı bu gəmidən artıq istifadə olunmayıb.

Hazırda gəminin böyük hissəsi qumun altındadır və daha dəqiq məlumat əldə etmək üçün daha çox ekspert araşdırmalarına ehtiyac var.

Səfəvilər dövləti 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan və Rusiya ərazilərini əhatə etmiş, Azərbaycanın varis olduğu Azərbaycan dövlətidir.

XS
SM
MD
LG