Accessibility links

Şahmar Mövsümov: Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm


“Biz inanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan İslahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik”.

Bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümovun bəyanatında deyilir.

2017-ci il martın 8-9-da Kolumbiyanın paytaxtı Boqotada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) Beynəlxalq İdarə Heyətinin 36-cı iclasında Azərbaycanın bu təşkilatda fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Qərar Azərbaycanın təşəbbüs qaydalarına riayət etmədiyi üçün verilib.

Tələb olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinə qanuni və de fakto mühit yaratmalı, vətəndaş cəmiyyəti təşkilatlarının fondlara azad çıxışını təmin etməli, açıq ictimai debatlara şərait yaratmalı və qanunsuz həbs edilənləri azad etməlidir. Deyilib ki, REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi doğru yolda atılan addım kimi qitmətləndirilə bilər.

"2016-cı ilin oktyabrında MŞST müəyyən etmişdi ki, Azərbaycan MSŞT-nin vətəndaş cəmiyyətilə təmas tələblərinə riayət etməyib və nöqsanları aradan qaldırmaq üçün konkret addımlar atmaq həvalə olunub. Hökumətin həmin addımları atmaması bugünkü qərarla nəticələnib", MSŞT-nin məlumatında deyilir.

Şahmar Mövsümov isə bəyanatında bildirir ki, hazırda MSŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb.

“Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər”.

Onun fikrincə, 2003-cü ildə Azərbaycan hökuməti maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulub və hər zaman yaxşı idarəetmə, hasilat sahəsində şəffaflıq və hesabatlılıq prinsiplərinə yüksək səviyyədə əməl edib.

“Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc etməyə davam edəcək. Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MSŞT-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm. Dərhal qüvvəyə minməklə MSŞT üzrə Beynəlxalq Katiblikdən Azərbaycanın adını MHŞT tətbiq edən ölkələr siyahısından çıxarmağı xahiş edirəm", sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG