Accessibility links

Səfir Morninqstar Amerikada təhsil alanlarla görüşüb


Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycanda səfiri Riçard Morninqstar

Görüşdə ABŞ-da təhsil almış Azərbaycan hökumətinin görkəmli nümayəndələri, iş adamları və QHT liderləri bir araya gəlib

ABŞ Səfirliyi tərəfindən maliyyələşdirilən təhsil proqramlarının 100-dən çox məzunu İçəri Şəhərdə yerləşən Qız Qalası İncəsənət Qalereyasında səfir Riçard Morninqstar ilə görüş keçirib.

Amerika səfirliyinin məlumatına görə, Tədbirdə Birləşmiş Ştatlarda təhsil almış Azərbaycan hökumətinin görkəmli nümayəndələri, iş adamları və QHT liderləri bir araya gəlib. İştirakçılar yeddi müxtəlif mübadilə proqramlarını təmsil edirdilər və onlar bu gün Azərbaycanda çalışan 5000-dən çox ABŞ təhsilli məzunların bir hissəsidir.

Səfir Morninqstar deyib ki, təhsil mübadiləsi üzrə məzunlar Birləşmiş Ştatlar və Azərbaycan arasındakı əməkdaşlığın ən əhəmiyyətli körpülərindən biridir. "Onlar dövlət sektorundan tutmuş biznes, təhsil sahəsinə qədər hər bir sahədə liderlərdir və sabit, çiçəklənən Azərbaycanın qurulmasında əhəmiyyətli rol oynayırlar”.

Səfir Morninqstar, Azərbaycanda təhsilin gələcəyinin formalaşmasında həyata keçirdiyi fəaliyyətə görə ABŞ Dövlət Departamentinin “Ayın Məzunu” adlı nüfuzlu mükafatını Sevinc Məmmədovaya təqdim edib.

Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ABŞ səfirliklərinin təqdim etdikləri namizədlər arasından seçilmiş xanım Məmmədova, Maski magistr mübadilə proqramının məzunudur və hal-hazırda Azərbaycan Mərkəzi Bankında Təhsil Şöbəsinə rəhbərlik edir.

Məzun kimi qazandığı təcrübə barədə verilən sualı xanım Məmmədova belə cavablandırıb, “məzun olmaq sadəcə akademik nailiyyət və yaxud Birləşmiş Ştatlarda keçirdiyin illər demək deyildir, bu, daha çox cəmiyyətə töhfə verə bilməyiniz və ölkənin inkişafını daha da sürətləndirməyiniz üçün sizi alətlərlə təchiz edən həyatınızın dönüş nöqtəsidir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG