Accessibility links

ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə bir neçə gün qalır


ABŞ-ın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə bir neçə gün qalmış səfirlik Twitter hesabının ünvanını USEmbassyJerusalem-dən @usembassyjlm-ə dəyişib.

Köçürülmənin böyük qaçılmaz problemlərinə baxmayaraq, səfirlik prezident Trampın seçkiqabağı kampaniyası zamanı verdiyi vədi bazar ertəsi həyata keçirməyə çalışacaq.

Səfirliyin Qüdsə köçürülməsi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra həyata keçirilir. Qərar İsrailin sevinci, fələstinlilərin isə qəzəbi ilə qarşılanıb. Belə ki, fələstinlilər Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı hesab edir. Şəhərin bu bölgəsi 1967-ci ildə İsrail tərəfindən ələ keçirilib.

Fələstin rəsmisi Saeb Erekat diplomatlar, vətəndaş cəmiyyətləri və dini liderləri səfirliyin açılış mərasimini boykot etməyə çağırıb.

"Mərasimə qatılanlar beynəlxalq qanunları və Fələstin xalqının fundamental hüquqlarını pozduqlarına dair mesaj göndərmiş olacaq"- deyə, o bildirib.

İsraillə diplomatik əlaqəsi olan ölkələrin əksəriyyətinin səfirliyi Tel-Əvivdə yerləşir.

Səfirliyin açılış mərasimində Tramp iştirak etməyəcək. Lakin onun administrasiyasını dövlət katibinin müavini Con Sillivan, maliyyə naziri Steven Mnuçin, Trampın qızı İvanka və onun həyat yoldaşı, Ağ Evin yardımçısı Ceyrd Kuşner təmsil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG