Accessibility links

ABŞ-ın Yaxın Şərq və Afrikadakı diplomatik missiyaları işini bərpa edir


ABŞ-ın Yaxın Şərq və Afrikada 18 diplomatik missiyası bir həftə bağlı qaldıqdan sonra bazar günü işini bərpa edir. Səfirliklər Əl-Qaidə təhdidləri səbəbi ilə bağlanmışdı.
Amerikanın Yəməndəki səfirliyi bağlı qalacaq. ABŞ və Britaniya diplomatlarını o ölkədən evakuasiya edib.

Səudiyyə Ərəbistanında rəsmilər Qərb səfirliklərinə hücumda şübhəli bilinən iki nəfəri həbs edib. SPA dövlət xəbər agentliyi Cad və Yəməndən olan bu şəxslərin Əl-Qaidənin Yəmən filialı ilə sui-qəst əməliyyatını müzakirə etmək üçün əlaqə yaratdıqlarını deyib.

ABŞ Pakistanın Lahor şəhərindəki konsulluğunun da bağlı qalacağını bəyan edib.

ABŞ-ın İslamabaddakı səfirliyinin sözüçüsü Meqhan Qreqoris bu addımı “ehtiyat tədbiri” adlandırıb. O, bu qərarın Dövlət Departamentinin Lahordakı konsulluq təhdid barədə məlumat aldıqdan sonra verildiyini deyib.

Dövlət Departamenti həmçinin səyahət xəbərdarlığı yayaraq, ABŞ vətəndaşlarını Pakistana səfərlərini təxirə salmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG