Accessibility links

Güneyli məhbus koronavirus şübhəsi ilə yenidən məzuniyyətə buraxılıb


Səhənd Məali
Səhənd Məali

Şərqi Azərbaycan vilayətində bir neçə gün əvvəl məzuniyyət müddəti bitdikdən sonra həbsxanaya qaytarılan türk fəal Səhənd Məali koronavirus şübhəsi ilə sentyabrın 26-da yenidən məzuniyyətə göndərilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “siyasi məhbusda COVID-19-a şübhəli simptomlar göründükdən sonra bir aylıq məzuniyyətə buraxılmasına qərar verilib.”

Şərqi Azərbaycan vilayətinin Sarab şəhərinin həbsxanasında saxlanılan Məali daha əvvəl 100 milyon tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə göndərilmişdi.

2019-cu ildə bir il həbs və pul cəriməsinə məhkum olan Səhənd Məali keçən iyun ayının 30-da nəzarət altına alınaraq Sarab həbsxanasına göndərildi.

Məali həmçinin 2018-ci ilin iyun ayında keçirilən Babək Qalası yürüşü ilə əlaqədar 10 ay həbs cəzasına məhkum olmuş və həbs müddətini həmin həbsxanada keçirmişdi.

XS
SM
MD
LG