Accessibility links

Milli fəal Səhənd Məali məzuniyyətə buraxılıb


Iran;n Şərqi Azərbaycan vilayətinin Sarab .əhərinin həbsxanasında saxlanılan milli fəal Səhənd Məali 30 günlük məzuniyyətə buraxılıb.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, o, avqustun 24-də koronavirus pandemiyası səbəbi ilə 100 milyon tümənlik zəmanət qarşılığında sərbəst buraxılıb.

Səhənd Məali iyulun 30-da iş yerində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq məhkum olduğu bir il həbs cəzasının icra edilməsi üçün Sarab həbsxanasına köçürülüb.

Məali 2018-ci ilin iyununda Babək qalası tədbirləri zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi. O daha sonra zəmanət qarşılığında müvəqqəti sərbəst buraxılaraq, hakim Mehdi Şəms sədrliyi ilə Sarabın İnqilab Məhkəməsi tərəfindən "Babək qalasındakı mitinqdə iştirak etməyə dəvət edən vərəqələr paylamaqla rejimə qarşı təbliğat aparmaq" ittihamından qiyabi şəkildə 10 ay həbs cəzasına məhkum olmuşdu. Daha sonra Apellyasiya Məhkəməsi milli fəalın şikayətini təmin etməməsindən sonra fəal həbs edilmişdi.

Məali 2018-i ilin may ayının 2-də 10 ay həbs cəzasının tətbiq edilməsi üçün həbsxanaya köçürüldü. Səhənd həbsdə ikən başqa bir ittiham ilə bir daha mühakimə oldu. O, təhlükəsizlik qüvvələrinə qarşı müqavimətindən dolayı bir il həbsə məhkum olmuşdu. Bu barədə daha öncə HRA xəbər agentliyi, fəalın “məmurlarla toqquşma və yaralama” ittihamından bir il həbs cəzasına məhkum edilməsi, onun hökm göstərmədən onu döyərək həbs edən məmurlara qarşı müqavimət göstərdiyi səbəbindən dolayı olduğunu yazmışdı.

Ötən ilin fevralında 10 ay həbs cəzasının bitməsi ilə siyasi məhbus sərbəst buraxıldı, ancaq daha sonra bir il həbs cəzasının tətbiq edilməsi üçün yenidən həbs edildi. Hüquq müdafiəçiləri siyasi məhbusun iki fərqli həbs cəsaının birləşdirməməsini qanunsuz bir addım kimi qınamışdılar.

Məali daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə həbs edilmişdi. 2012-ci il iyulun 2-də təhlükəsizlik qüvvələrinin hücumu nəticəsində saxlanılan Məali daha ittihamların ikisindən bəraət qazanan milli fəal “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamından suçlanaraq bir il həbs cəzasına məhkum edilmişdi.

------------------------------------------------------------------

XS
SM
MD
LG