Accessibility links

Gürcüstan prokurorluğu Azərbaycandan olan cərrahın cinayət təqibinə başlayıb


Cərrah
Cərrah

Gürcüstan prokurorluğu Azərbaycandan "Lanset" klinikası tərəfindən dəvət olunmuş cərrah-transplantoloq barəsində cinayət təqibinə başlayıb.

İdarənin bəyanatında deyilir ki, prokurorluq cərrah-transplantoloq M.K.-ni "bir qrup şəxsin, xəstələrin böyük ölçüdə pul məbləğini ələ keçirməsi və ya ələ keçirmək cəhdi" işi çərçivəsində ittiham edir.

Cinayət işinin materiallarına əsasən, "Lanset" klinikasında 2016-cı ilin martında iki xəstənin ölümünə gətirib çıxaran qara ciyər köçürməsi əməliyyatları həyata keçirilib. Ekspertiza nəticəsində məlum olub ki, ölən xəstələrdən heç birinin təcili əməliyyata ehtiyacı yox idi, buna onları cərrah-transplantoloq və klinikanın direktoru inandırıb. Xəstələrə deyiblər ki, onlara təcili qara ciyər köçürülməlidir, bunun qiyməti 40 min dollardır. Hər iki xəstə kredit götürüb. Onlar 2016-cı il martın 3-də və 8-də əməliyyat olunub. Hər ikisi əməliyyatdan sonra bir həftə ərzində vəfat edib.

"Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə, prokurorluq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətlə müraciət edir. Bu vəsatət təmin edildikdən sonra M.K. barəsində axtarış elan ediləcək", deyə Gürcüstan prokurorluğunun bəyanatında bildirilir.

Məlumatda həkimin tam adı açıqlanmır.

Lanset klinikası
Lanset klinikası

Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində bundan əvvəl həbs edilmiş "Lanset" klinikasının sahibi Fərman Ceyranovun işi üzrə proses gedir. O, "böyük ölçüdə fırıldaqçılıq" və "insanların həyat və sağlamlığı üçün təhlükə yaradan hallar haqqında məlumatın gizlədilməsi və ya saxtalaşdırılması" maddələri ilə ittiham olunur. Bu maddələrin sanksiyasına görə Ceyranovualtı ildən doqquz ilə qədər həbs gözləyir.

Məşhur Azərbaycanlı cərrah Fərman Ceyranlı bir neçə il əvvəl Tbilisidə ən yaxşı özəl klinikalardan biri olan "Lanset"i açıb.

Bir müddət əvvəl o, klinikanı satmaq qərarına gəlib, amma gürcüstanlı alıcılar ona real dəyərin yarısını təklif ediblər. Klinikanı ucuz qiymətə satmaqdan imtina etdikdən sonra Ceyranlı həbs edilib. Onun yaxınları Ceyranlının klinikanı təklif edilən qiymətə satmağa razılaşan kimi onu azad edəcəklərinə inanırlar. Müşahidəçilər Ceyranlının həbsinin digər bir səbəbinin Azərbaycanın siyasi müxalifətini və Gürcüstanda olan siyasi mühacirləri maliyyələşdirməkdə şübhəli bilən Bakının sifarişi olduğunu düşünür.

2017-ci il mayın 22-də həbs edilən Ceyranlı bildirib ki, ona qarşı irəli sürülmüş ittihamlar uydurmadır və onunla heç bir əlaqəsi yoxdur. O, rəsmi ittihamda göstərilən əməllərə görə heç bir hüquqi məsuliyyət daşımır, çünki yalnız klinikanın sahibidir və əməliyyatlar haqqında bütün qərarlar müalicə edən həkimlər tərəfindən qəbul edilib. Müdafiə tərəfi müvəkkilinə qarşı irəli sürülmüş fırıldaqçılıq ittihamını da əsassız adlandırıb.

Öz növbəsində, Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib.

M. Kazımi APA agentliyinə açıqlamasında sözügedən cinayət işində heç bir məsuliyyətinin olmadığını bəyan edib.

Mircəlal Kazımi
Mircəlal Kazımi

“Guya Gürcüstan Baş Prokurorluğu Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri Mircəlal Kazımi barəsində cinayət təqibinə başlayıb. Mən tibb sahəsində olan fəaliyyətimlə Azərbaycan səhiyyəsinə yenilik gətirmişəm və bu iş ilə Azərbaycan Respublikasının adını Avropa qaraciyər transplantasiyası reyesterinə yazdırmağı bacarmışam. Ancaq bütün bu naliyyətlər heç də o demək deyil ki, mən hansısa məsuliyyətdən boyun qaçırmalıyam. Qanun qarşısında hamının bərabər olduğu prinsipini əsas tutaraq, sözügedən cinayət işində heç bir məsuliyyətimin olmadığını bəyan edirəm. İndi isə barəmdə yayılan xəbərin yalnışlığı ilə bağlı dəlilləri ortaya qoymaq istəyirəm. Dünən mən bu məsələni araşdırdım. Məlum oldu ki, vətəndaşı olduğu ölkənin cinayət məcəlləsinin müxtəlif maddələrlə ittiham edilən Fərman Ceyranlının Gürcüstanda növbəti məhkəməsi olub. Düşdüyü kritik durumdan qurturmaq üçün o heç bir ciddi əsas olmadan məhkəmədə mənim də adımı hallandırıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən orada qaraciyər transplantasiyası əməliyyatında iştirak etmişəm. Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur. Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb. Bütün bu işlərdə Fərman Ceyranlı təqsirləndirilir. Hazırda həmin şəxs məsuliyyətdən yayınmaq üçün günahını mənim üzərimə atmaq istəyir. Eyni zamanda, qeyd edim ki, dünən keçirilən məhkəmə prosesində mənimlə bağlı heç bir həbs qərarı verilməyib. Gürcüstan qanunvericiliyinə görə, şəxs barəsində həbs qərarını prokurorluq deyil, məhkəmə verir. Fərman Ceyranlı və onun müdafiəçiləri əsassız yerə məhkəmədə mənim adımı hallandırdıqlarına görə, prosesdə iştirak edən dövlət ittihamçısı məhkəmə qarşısında mənim həbs edilməyimlə bağlı vəsatət qaldırıb. Məhkəmə isə həmin vəsatəti təmin etməyib. Qeyd edim ki, mən Fərman Ceyranlı ilə bağlı aparılan cinayət işinin detalları ilə tam tanış deyiləm”, - M. Kazimi vurğulayıb.

Cərrah – transpantoloq ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmadığını da qeyd edib: “Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq”, o qeyd edib.

XS
SM
MD
LG