Accessibility links

Səid Mətinpurun həyat yoldaşı aclıq edir


Ətiyyə Tahiri
Ətiyyə Tahiri

Ətiyyə Tahiri Evin zindanında həyat yoldaşına göstərilən təzyiqlərə etiraz edir

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, 7 ilə yaxındır Tehranın Evin zindanında saxlanan tanınmış fəal Səid Mətinpurun xanımı Ətiyyə Tahiri yoldaşına göstərilən təzyiqə etiraz olaraq aclıq aksiyasına başlayıb.

“Media forum” saytının məlumatına görə, Ətiyyə Tahiri aclığa aprelin 19-da yoldaşının həbsxanada döyülməsi və təkadamlıq kameraya köçürülməsi xəbərini eşidəndən sonra başlayıb. Ətiyyə Tahiri “Facebook” səhifəsində yaydığı yazıda yoldaşına və digər siyasi məhbuslara göstərilən zorakılıqdan şoka düşdüyünü bildirib: “Mən bu xəbəri eşidəndən şokdayam. Tehranın Evin zindanının 350-ci korpusuna hücum edilib. Həmin korpusda saxlanan həyat yoldaşıma və digər siyasi məhbuslara zorakılıq tətbiq edəndən sonra onları təkadamlıq kameraya köçürüblər. Mən Səidin durumundan və səhhətindən çox nigaranam”.

Aprelin 17-də Tehranın Evin zindanının 350-ci korpusunda saxlanan siyasi məhbuslar qəfil hücuma məruz qalıb. Hücum siyasi məhbusların zindan məmurlarının kobud və təhqiramiz şəkildə yoxlama aparmasına etirazından, birgə inqilabçı himn və mahnılar oxumasından sonra baş verib.

Zindan məmurlarının, ETTELAAT əməkdaşlarının və 100-ə yaxın dəyənəkli əsgərin hücumuna məruz qalan məhbuslar ağır bədən xəsarəti alıblar. 5 nəfər şəhər xəstəxanasına köçürülüb, onlarla məhbus isə təkadamlıq kameraya köçürülüb.
Tehran Universitetinin fəlsəfə institutunun məzunu olan Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulub. Tehran Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Səid Mətinpur əcnəbilərlə əlaqəyə girərək dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG