Accessibility links

Səid Nuri yenidən ifadə verib


Səid Nuri (Foto Səid Nurinin Facebook səhifəsindən götürülüb)
Səid Nuri (Foto Səid Nurinin Facebook səhifəsindən götürülüb)

Keçmiş siyasi məhbus, hazırda ABŞ vətəndaşı olan Səid Nuri yenidən sentyabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Bu barədə Amerikanın Səsinə onun nümayəndəsi Yalçın İmanov bildirib. O, bir qrup QHT-lərə qarşı açılan cinayət işi ilə bağlı şahid kimi dindirilib.

Y.İmanov iltizam alındığından dindirmə ilə bağlı geniş məlumat verə bilməyəcəyini vurğulayıb.

Öz növbəsində S. Nuri Amerikanın Səsinə bildirib ki, baş verənlərə görə stress keçirib və bu onun səhhətinə ciddi təsir edib. Onun sözlərinə görə, sentyabrda öd kisəsindən əməliyyat olunmalıdır.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq S.Nurinin ABŞ vətəndaşlığını tanımayaraq onun Azərbaycandan çıxışına qadağa qoyub.

S.Nuri vaxtilə "Yeni Fikir" Gənclər Birliyinin sədr müavini olub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, S.Nuri Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməyib, odur ki, onun xarici ölkə vətəndaşlığına mənsub olduğu tanınmır.

XS
SM
MD
LG