Accessibility links

Prezident seçkilərinə hazırlıq başlayıb


Məzahir Pənahov
Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyası (MSK) 2018-ci ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlığa başlayıb. Bu barədə yanvarın 20-də MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirib.

O qeyd edib ki, Seçki Məcəlləsinə uyğun olaraq seçkilər oktyabrın üçüncü çərşənbə günü, yəni oktyabrın 17-də olacaq.

Hazırda seçici siyahıları dəqiqləşdirilir.

M.Pənahovun sözlərinə görə, seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi fevralın 5-dək başa çatdırılacaq. Məntəqələrdən toplanan seçici siyahıları üzrə məlumatlar dairə seçki məntəqələrinə veriləcək.

MSK-nın 2017-ci ilin mayına olan məlumatına görə, Azərbaycanda seçicilərin sayı 5 mln. 163 min 250 nəfər təşkil edib.

XS
SM
MD
LG