Accessibility links

MSK Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyini qeydə alıb


ADP sədri Sərdar Cəlaloğlu
ADP sədri Sərdar Cəlaloğlu

Mərkəzi Seçki Komissiyası (MSK) martın 17-də Demokrat Partiyasının sədri Sərdar Məmmədovun (Cəlaloğlu) prezidentliyə namizədliyini qeydə alıb. Eyni zamanda MSK Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin və Ağ Partiyanın sədri Tural Abbaslının prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.

Bununla da prezidentliyə namizədlərin qeydə alınması başa çatıb. Hazırda 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.

Əliyev və Abbaslı namizədliklərinin qeydə alınmaması ilə bağlı MSK-nin qərarından narazıdır və detallı məlumat verilməsini istəyirlər.

“Mənim sənədlərim qaydasında idi. Biz 42 900 seçici imzası (namizədiyin qeydə alınması üçün 40 min seçici imzası tələb olunur-red) toplamışıq. Qanun imzaların 60 seçki dairəsindən toplanmasını nəzərdə tutsa da, biz imzaları 69 seçki dairəsindən toplamışıq”, Abbaslı qeyd edib.

Onun fikrincə, namizədliyinin qeydə alınmaması siyasi xarakter daşıyır.

“Biz yeni siyasi qüvvəyik. Bu səbəbdən hakimiyyət bizə televiziya efiri verməyə risk etmir. Çünki ölkədə nüfuzumuzun artmasından çəkinirlər. Hakimiyyət yeni siyasi qüvvənin meydana çıxmasını istəmir. Onları köhnə müxalifət qane edir”, o qeyd edib.

Öz növbəsində Əli Əliyev MSK-nin qərarından təəccübləndiyini bildirib. O 2013-cü ildə də prezident seçkilərinə buraxılmadığını xatırladıb.

“2005, 2010, 2015-ci illərdə keçirilən parlament seçkilərində də mənim müvəffəqiyyətim qəbul edilmədi. Mənim bu prosesi idarə edənlərin xoşuna gəlmədiyim açıq görünür. Mən çox müstəqil siyasətçiyəm, hakimiyyətdən və başqa mənbələrdən pul almıram. Seçkilərə ona görə buraxılmıram ki, başqa mənbələrdən maliyyələşən dekorativ rəhbərlərdən çox fərqlənirəm”, Əliyev qeyd edib.

O MSK-nin qərarından şikayət edəcəyini bildirib.

Mərkəzi Seçki Komissiyası indiyədək YAP sədri, hazırki prezident İlham Əliyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin və "Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Razi Nurullayevin, müstəqil Zahid Orucun, Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini qeydə alıb. Martın 19-dan namizədlərin təşviqat kampaniyası başlayacaq.

Aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG