Accessibility links

Şəkillərdən barmaq izlərini oğurlamaq mümkündür


Şəkillərdən barmaq izlərini oğurlamaq mümkündür
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Bilirik ki, bir çox əşyanın üzərindən barmaq izlərini götürmək olur. İndi isə yeni texnologiya vasitəsilə hətta digital şəkillərdən belə barmaq izlərini oğurlamaq mümkündür.

Hər gün sosial şəbəkələrə milyonlarla şəkil yerləşdirilir və bu şəkillərin bəzilərində siyasətçilər, rok ulduzları və ya tanınmış atletlər qələbə və ya sülh işarəsi göstərir.

Yaponiyalı tədqiqatçılar aşkar edib ki, bu şəkilərdəki barmaq izlərini oğurlamaq mümkündür. Bunun üçün isə sadəcə üç metr uzaqlıqda yerləşdirilən yüksək dəqiqliyi olan fotoaparatdan istifadə etmək kifayətdir.

“Bütün dünyada ilk olaraq biz, fotoaparatdan istifadə edərək barmaq izlərindən məlumat əldə edə bilmişik”, deyə Yaponiyanın Milli İnformatika İnstitutundan İsao Eçizen bildirir.

Amma narahat olmayın, tədiqatçilar buna artıq çarə də tapıblar.

Barmaq izlərinin oğurlanmasının qarşısını almaq üçün, onlar barmaq ölçüsündə siqnalları bloklayan biometrik cihaz hazırlayıb.

Bu şəffaf yapışqan film ağ akril boyadan düzəldilib.

Əgər onlar barmaq izini oğurlasa, həmin barmaq izinin nüsxəsini çıxara bilərlər. Onlar bu barmaq izindən istifadə edib insanların şəxsiyyətlərini oğurlaya bilərlər.
İsao Eçizen

Bu cihaz, əslində, heç hələ mövcud olmayan bir problemə çarədir.

Hakerlərin fotolardan istifadə edərək barmaq izləri oğurladıqlarına dair heç bir dəlil yoxdur, amma tədqiqatçılar deyir ki, bu, mümkündür.

“Əgər onlar barmaq izini oğurlasa, həmin barmaq izinin nüsxəsini çıxara bilərlər. Onlar bu barmaq izindən istifadə edib insanların şəxsiyyətlərini oğurlayıb, onların smatfonlarına çıxış əldə edə və ya mənzillərinə daxil ola bilərlər”, Eçizen söyləyir.

Siqnalları bloklayan biometrik bu cihazlar hələ növbəti iki il ərazində satışa çıxarılmayacaq.

XS
SM
MD
LG