"Biz düşünürük ki, "AzadlıqRadiosu" işlәməyə davam etməlidir və jurnalist işinin ən yüksək standartına uyğun şәkildә fәaliyyәtini davam etdirmәldır". Bu barədə ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta Amerikanın Səsinin martın 13-də Azərbaycan Xarici İşlәr vә Vergilәr Nazirliklәrindә keçirilən görüşlәr və radionun Bakı bürosunun açılıb-açılmayacağı ilə bağlı sualının cavabında bildirib.
Lakin səfir rәsmi qurumlarla apardıqları müzakirələrlə bağlı daha təfərrüatlı məlumat verə bilməyəcəyini deyib.
Robert Sekuta Dağlıq Qarabağla bağlı suala da cavab verib.
"ABŞ ATӘT-in Minsk qrupunun hәmsәdri olaraq Minsk qrupunun fәaliyyәtini dәstәklәmәkdә davam edir”, o qeyd edib.
Səfir hesab edir ki, Minsk qrupu münaqişәnin hәlli istiqamәtindә mühüm formatdır.
"Münaqişәnin hәlli münaqişә tәrәflәrinin üzәrinә düşür. Bu sahәdә onların şәxsi iradәsi olmalıdır vә biz dә Minsk qrupu çәrçivәsindә bu hәll prosesini dәstәklәmәyә davam edәcәyik", o bildirib.