İyunun 9-da Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın qərargahında ABŞ-ın Azərbaycandakı səfiri Robert Frenses Sekuta ilə görüşüb.
Müsavat Partiyasının mətbuat vəı informasiya müavinliyinin məlumatına görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, Qarabağ probleminin həlli yolları, siyasi məhbuslar, payızda keçirilməsi nəzərdə tutulan parlament seçkiləri və digər mövzular ətraflı müzakirə edilib. Amerika-Azərbaycan münasibətlərinin inkişaf prespsktivləri barədə fikir mübadiləsi aparılıb.