Accessibility links

Selfi çəkən dron [Video]


Selfi çəkən dron
please wait
Embed

No media source currently available

0:00 0:01:38 0:00

Selfi çəkən dron

Elə bir gün gələcək ki, getdiyimiz hər yerə dronumuzu da aparacağıq. Selfi çəkmək üçün yeni dronlar hazırlanıb. Bu dron o qədər incədir ki, onu şalvarınızın cibində daşıya bilərsiniz. Selfly adlanan bu dron smartfona birləşdirilə bilir.

Selfly smartfola kamerası olan dronun birləşməsidir.

“Bu, 9 millimetrlik telefon qabıdır. O, telefonunuzun ən əsas hissəsinə bağlanır. Onun HD kamerası var”, deyə Selfly-ın təsisçisi Haqay Klayn bildirir.

Selfi
Selfi

Selfly şəkilləri çəkmək üçün yüksək kefiyyətli stabilizasiyadan istifadə edir. Dron telefon applikasiyası vasitəsilə idarə olunur. Ekranda idarə düymələri, eləcə də xüsusi çəkilişlər üçün avtomatik pilot seçimi var.

“Dron havada sabit qalır. Onu istədiyiniz yerə çıxarıb, asanlıqla idarə edirsiniz”, Klayn deyir.

Dronun kamerasındakı görüntülər WiFi vasitəsilə smartfona bağlanır.

“Telefonda görüntüyə baxıb, onu istədiyiniz kimi idarə edə bilərsiniz. Daha böyük görünmənizi istəyirsinizsə, telefondan kameranı əlinizlə yaxınlaşdıra bilərsiniz. Telefon bu göstərişləri uçuş komandalarına çevirəcək və beləcə dron sizə doğru yaxınlaşacaq”, Klayn söyləyir.

İndiyədək hər kəsin telefonununda ön və arxa kameraları var idi. İndi isə artıq üçüncü kamera da var, amma bu kamera telefondan ayrıla bilir. Siz dronu uçurtmursunuz, siz şəklinizin necə çəkildiyini idarə edirsiniz.
Haqay Klayn

Tam doldurulmuş Selfly havada 5 dəqiqə qala bilir. Bu isə 20 ədəd selfi çəkmək üçün yetərlidir.

“İndiyədək hər kəsin telefonununda ön və arxa kameraları var idi. İndi isə artıq üçüncü kamera da var, amma bu kamera telefondan ayrıla bilir. Siz dronu uçurtmursunuz, siz şəklinizin necə çəkildiyini idarə edirsiniz”, deyə Klayn bildirir.

Şirkət ilin sonunadək Selfly-ı bazara çıxarmağı planlaşdırır. Onun qiymətinin 140 dollar olacağı gözlənilir. ABŞ daxilində çatdırılma pulsuz olsa da, digər ölkələrə bu, əlavə 20 dollara başa gələcək.

XS
SM
MD
LG