Accessibility links

Selfi Muzeyi [Video]


Selfi Muzeyi
please wait
Embed

No media source currently available

0:00 0:02:16 0:00

Dünya boyu “selfi” social media fenomeninə çevrilib. Bəzi yerlərdə bu pis davranış hesab edilsə də, Los-Ancelesdəki bir yerdə xoş qarşılanır.

Biz bunun XXI əsrin ixtirası olduğunu düşünmək istərdik, lakin bu belə deyil. Los-Ancelesdə yeni açılan "Selfi Muzeyi"nin təsisçiləri insanların öz şəkillərini çəkmək istəyinin 100 illər əvvəl də olduğunu isbat etməyə çalışır.

Roma imperatorları, Mona Liza, Dürer və Rembrantın avtoportretləri, nənə və babalarımızın masa ətrafındakı ağ-qara fotoları – bütün bunlar selfinin ən uzaq tarixi ənənəsindən danışır. Muzeyin təsisçisi Tommi Honton: “İnsanlar mağarada yaşadıqları dövrlərdə belə mağara divarlarında özlərini təsəvvür etdikləri kimi çəkirdilər. Dəyişən sadəcə vaxt və texnologiyadır.”

Sizə bir portret çəkmək üçün saatlarla vaxt gərək deyil – Smartphon-nun kamerası kifayətdir, bir saniyəyə yüksək keyfiyyətli şəkil çəkirsiniz. Xoşunuza gəlmədi? Bir də çəkin.

“Mən şəkilləri xatirələri saxlamaq istədiyim üçün çəkirəm və buna görə də selfi çəkmək daha rahatdır. Sən çəkmək istədiyin nə varsa onun necə göründüyünü görə bilirsən” deyə, ziyarətçi Sara Stranzler bildirir.

Aktrisa Sintiya Karmona: “Bu həm də maraqlıdır, sən özünün 70 şəklini çəkir və sonra xoşuna gələni saxlayırsan. Şəxsən mən belə edirəm və bu mənim xoşuma gəlir.”

Instagram statistikalarına görə ən çox selfi idman zallarında çəkilir. Belə ki, hashtag #gymselfie-də 2 milyondan çox şəkil olduğu qeyd olunur. Avtomobildə və vanna otağında çəkilən selfilər də eyni dərəcədə populyardır.

Bu rəqəmlər sərginin kuratorlarını elə təəccübləndirib ki, onlar “Selfi Muzeyi”ndəki bütün tualetlərdən güzgüləri çıxarmağa məcbur olub. Onlar ziyatərçilərin selfi-yə aludəçliyin insanı haraya apara biləcəyi üzərində düşünəcəyinə ümid bəsləyir.

Bundan əlavə, muzeyin təsisçiləri selfiyə ən çox cəlb edən yerləri canlandırmağa çalışıb. Bunlar dünyanın ən hündür, Dubaydakı "Xəlifə Bürcü" binasının sonuncu mərtəbəsi və “Game of Thrones”dakı Dəmir Taxtdır. Bunların həqiqi olub-olmadığının heç bir mənası yoxdur, əsas odur ki, selfi çəkən özünü oradakı kimi hiss edir.

XS
SM
MD
LG