Accessibility links

Bakıda intelektual əmlak hüquqları mövzusunda seminar keçirilir


ABŞ səfirliyi
ABŞ səfirliyi

ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ-ın Kommersiya Departamentinin Kommersiya Qanunvericiliyi Proqramı Azərbaycanın Müəlliflik Hüquqları Dövlət Agentliyi və Dövlət Standartlaşma, Patent və Metrologiya Agentliyi ilə birgə fevralın 27-28-də Bakıda intelektual əmlak hüquqları mövzusunda seminar keçirir.

ABŞ-ın Azərbaycandakı səfriliyinin məlumatına görə, seminar zamanı Azərbaycanın iş adamları intelektual əmlak hüquqları sahəsində olan ən yaxşı təcrübələri təhlil edir, müəlliflik hüquqları, ticarət nişanları, patent və lisenziyalar barədə məlumatlar alır. ABŞ-dan olan intellektual əmlak və kommersiya inkişafı sahəsində olan ekspertlər seminarın işində iştikak edir.

Seminarda Azərbaycanın Müəlliflik Hüquqları Dövlət Agentliyinin sədri Kamran İmanov və Dövlət Standartlaşma, Patent və Metrologiya Agentliyinin sədr müavini Niyazi Rəhimov da daxil olmaqla Azərbaycan hökumətinin 10 nümayəndəsi iştirak edir. Həmçinin hüquqşünaslar, məsləhətçilər və iş adamlarıda daxil olmaqla özəl sektorun 15 çox nümayəndəsi seminarın işinə qatılıb.

XS
SM
MD
LG