Accessibility links

ABŞ Səfirliyi insan alveri və gender əsaslı zorakılıqla bağlı seminarlar təşkil edib


Jaime Cordes
Jaime Cordes

ABŞ-ın Azərbaycandakı Səfirliyi TAMAS Regional İnkişaf İctimai Birliyi ilə birgə Gəncə (Bakıdan 364 kilometr qərb), Qazax (Bakıdan 460 kilometr qərb)və Samuxda (Bakıdan 360 kilometr qərb) tədris proqramı təşkil edib.

Səfirliyin məlumatına görə, Vital Voices Global Partnership təşkilatında Avropa/Avrasiya İnsan Hüquqları bölməsində proqram koordinatoru vəzifəsində çalışan Jaime Cordes, ABŞ hökumətinin dəstəyi ilə Alumni MAX Tədris Proqramı vasitəsilə Azərbaycana səfər edib.

O, 12-18 dekabrda insan alveri və gender əsaslı zorakılıqla bağlı seminarlar keçirir. Seminarlar Samux rayonunda, Bakı Dövlət Universitetinin Qazax filialında, Gəncədə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyində və Cəncə Dövlət Universitetində keçirləcək.

XS
SM
MD
LG