Accessibility links

Bakıda həbsxanalara ictimai nəzarətə dair seminar keçirilib


Kamil Səlimov
Kamil Səlimov

Dekabrın 21-də Bakıda BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzinin (AİHMM) tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycanın regionlarından olan vətəndaş cəmiyyəti fəalları üçün növbəti, beşinci seminar keçirilib.

Seminar "BMT-nin və Avropa Şurasının üzvü olan ölkədə ictimai nəzarət" mövzusuna həsr olunub.

Tədbirdə Şəki və Gəncədən olan çoxsaylı QHT fəalları iştirak edib.

Həbsxanalara ictimai nəzarətə dair seminar
Həbsxanalara ictimai nəzarətə dair seminar

Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov penitensiar müəssisələr üzərində mövcud dövlət və ictimai nəzarət mexanizmlərinin icmalını təqdim edib, penitensiar sistem xaricindəki azadlıqdan məhrumetmə yerləri barəsində məlumat verib.

O, BMT-nin və Avropa Şurasının üzvü olan ölkə qismində Azərbaycanda ictimai nəzarətin xüsusiyyətlərinə böyük diqqət yetirildiyini bildirib.

Dekabrın 22-də azadlıqdan məhrumetmə yerlərinə ictimai və dövlət nəzarəti mexanizmlərinin qarşılıqlı fəaliyyətinə həsr olunmuş daha bir seminarın keçirilməsi nəzərdə tutulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG