Accessibility links

Senatın iki komitəsində Rusiya ilə bağlı dinləmə keçirilir


ABŞ Senatının iki komitəsində çərşənbə axşamı günü iki komitədə Rusiyaya qarşı sanksiyaların ciddiləşdirilməsinə dair qanun layihəsi ilə bağlı dinləmə keçirilir.

Əvvəlcədən bildirildiyi kimi, dinləmələrdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Uess Mitçell və ABŞ maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə məsələləri üzrə yardımçısı Marşall Billinqsli iştirak edir.

Senatın Xarici Əlaqələr komitəsinin sədri Bob Korker dinləmələrin açılışında bildirib ki, senatorlar ilk növbədə ABŞ və Rusiya prezidentlərinin Helsinkidə görüş zamanı hansı məsələləri müzakirə etdiklərini bilmək və Moskvanın Birləşmiş Ştatların milli təhlükəsizliyə yaratdığı hədənin miqyasını dəyərləndirmək istəyir.

Senator Bob Kroker
Senator Bob Kroker

Senator Korker Rusiyanın Krımı ilhaq etməsi, Gürcüstan ərazilərini işğal etməsi və 2016-cı il ABŞ seçkilərinə müdaxiləsini qeyd edib.

Qanun layihəsi Rusiyanın ABŞ-da ara seçkilərə mümkün müdaxiləsinə yol verilməməsi məqsədilə Konqresə təqdim edilib. Sənədin müəllifləri demokrat senator Ban Hollen və onun respublikaçı həmkarı Marko Rubiodur.

Xarici Əlaqələr komitəsinin sədri Bob Koreker keçən həftə bildirib ki, qanun layihəsi ilkin variantda Rusiyaya “taktiki nüvə silahından” daha böyük zərər vura bilər.

Eksperlər Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinə dair qanun layihəsinin tonunun yumşaldılacağını gözlədiklərini bildirir.

XS
SM
MD
LG