Accessibility links

Senatın Trampa bəraət qazandırmasına baxmayaraq, onunla bağlı bir neçə istintaq davam edir


Donald Tramp

Prezident ikən Donald Trampın toxunulmazlığı var idi, yəni o, cinayət istintaqına və ya mülki məsuliyyətə cəlb oluna bilməzdi.

Amma indi o mülki vətəndaşdır və artıq prezidentlik toxunulmazlığına sahib deyil və bu səbəblə də ona qarşı bir neçə məhkəmə işi açılır.

Çərşənbə axşamı, Senat ona yanvarın 6-da Kapitolidə üsyanla əlaqədar bəraət qazandırmasından sonra Tramp ABŞ-ın tanınmış Demokrat nümayəndəsi tərəfindən üsyanla əlaqədar federal məhkəməyə verilib.

Nümayəndələr Palatasının Daxili Təhlkükəsizlik Komitəsinin sədri mississippili konqresmen Benni Tompsonun qaldırdığı mülki iddiada Trampı, onun şəxsi vəkili Rudi Culianini və iki ultra-sağçı qrupu Konqresin Demokrat Co Baydenin prezident seçkisindəki qələbəsini sertifikatlaşdırmasının qarşısını almaq məqsədilə üsyanı təşviq etməyə cəhddə günahlandırıb.

Bundan sonra da Trampa qarşı bənzər məhkəmə iddialarının qaldırılacağı gözlənilir. Lakin Hökumətə Nəzarət Layihəsindən Sara Tubervilin dediyinə görə, Nyu York və başqa ştatlarda aparılan istintaqlar bir neçə il davam edəcək.

“Məncə indi ən böyük təhlükələrdən biri odur ki, o, artıq vəzifədə olmadığı üçün onun daha öncə əl atdığı siyasi və hüquqi müdafiə mexanizmlərə sahib olmayacaq,” Tubervil deyib.

Keçmiş prezidentin sözçüsü Ceyson Miller təhqiqatları və mülki iddialarını “qərəzli Demokratlar partiyasından qərəzli məsələlər olaraq görürük” deyib.

Demokratların Ədliyyə Nazirliyinə Trampın yanvarın 6-dakı hücumdakı rolu ilə bağlı istintaq aparmağla bağlı artan çağırışlarına baxmayaraq, hüquq-müdafiə prqanlarının bu cür siyasi təhqiqat başladıb-başlatmayacaqları qeyri-müəyyən olaraq qalır.

Bayden deyib ki, o, Trampla bağlı təhqiqat aparıb-aparmamağı və ya onu məsuliyyətə cəlb edib-etməmək qərarını baş prokuroru Merrik Qarlanda həvalə edəcək. Bu sualın gələn həftə Qarlandın namizədliyinin təsdiq dinləmələrində dominant olacağı gözlənilir.

Şərhlərə bax

XS
SM
MD
LG