Accessibility links

Senat Baydenin koronavirus yardım planını təsdiqləyib


ABŞ Senatı gərgin müzakirələrdən sonra Prezident Co Baydenin 1,9 trilyon dollarlıq koronavirus yardımı qanun layihəsi planını təsdiqləyib. Bu da Demokratlara növbəti həftələrdə Respublikaçıların dəstəyindən asılı olmayaraq layihənin Konqresdə təsdiqlənməsinə imkan yaradır.

Təxminən 15 saatlıq müzakirələr, layihəyə düzəlişlərlə bağlı ard-arda keçirilən səsvermələrin sonunda Senat büdcə planının təsdiqlənməsi ilə əlaqədar 50-50 səslə çıxılmaz vəziyyətində qalıb. Bu çıxılmaz vəziyyət lahiyənin təsdiq olunması üçün “bəli” səsini verən vitse-prezident Kamala Harris pozaraq Demokratların üstünlük qazanmasını təmin edib.

Yekun səsvermədən bir müddət əvvəl Demokratlar Keystone XL boru kəmərinin gələcəyi və ABŞ-da qanunsuz yaşayan mühacirlərə koronavirus yardımına dair əvvəlki bəzi səsvemələrin ləğvini təklif edərək bir növ əzələ nümayiş etdiriblər.

Öz səsi ilə 50-50-ə bəarbərliyi Demokratların xeyrinə dəyişən Harris yanvarın 20-dəki andiçmədən sonra ilk dəfə olaraq Senatın prezidenti kimi öz səsindən istifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG