Accessibility links

Senat binasında kütləvi həbslər olub


Vaşinqton şəhərində yerləşən ABŞ Senat binasında oturaraq prezident Donald Trampın immiqrasiya siyasətinə etiraz edən yüzlərlə nümayişçi həbs olunub.

Kapitoli polisi tərəfindən həbs edilən 575 nəfər etirazçı Tramp administirasiyasının sənədsiz mühacirlərə qarşı tətbiq etdiyi “sıfır tolerantlıq” siyasətinin əleyhinə şüarlar səsləndiriblər.

Ağ Evin “sıfır tolerantlıq” siyasətini elan etməsindən sonra 2300-dən uşağın valideynlərindən alınması ABŞ-da ciddi narazılıqlara səbəb olub.

ABŞ Prezidenti Donald Tramp
ABŞ Prezidenti Donald Tramp

İyun ayının 20-sində prezident Donald Tramp mühacir uşaqların ailələrindən ayrılmamasına dair sərəncam imzalamasına baxmayaraq, hələ də 2000 nəfərə yaxın uşaq ayrı saxlanılır.

Bəzi valideynlərin sözlərinə görə, onlar uşaqlarının harada olduğunu və onları necə tapacaqlarını bilmirlər.

Bu günlərdə ABŞ prezidenti qanunsuz mühacirlərin dərhal deportasiyasına çağırıb. Donald Tramp bildirib ki, bu insanların ölkəmizi işğal etməsinə imkan verə bilməz.

"Sistemimiz yaxşı mühacirət, qanun və nizama ziddir," deyə Tramp Twitter hesabında yazıb.

ABŞ dövlət başçısı deyib ki, mühacirət qanunları dünyada rişxənd edilir, bu, qanuni yolla mühacirət etmək üçün illərlə gözləyən insanlara qarşı ədalətsizlikdir.

Tramp bildirib ki, ABŞ-a daxil olanlar dərhal məhkəməsiz ölkədən çıxarılmalıdır.

Amerikada illərdir Meksika və Mərkəzi Amerikadan gələnlərin məhkəmələri keçirilir.

XS
SM
MD
LG