Accessibility links

Senat Obamanın Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə nominasiyasını müzakirə edir



ABŞ Senatı prezident Barak Obamanın Federal Təhqiqat Bürosunun direktoru vəzifəsinə nominasiya etdiyi Ceyms Komeyin bu vəzifəyə təsdiqi ilə bağlı dinləmələr keçirir.

Federal Təhqiqat Bürosunun agentlər assosiasiyası Senatın komitəsinin sədri Patrik Lehiyə Komeyin nominasiyasına dəstək verdiyini bildirib.

Dinləmələr zamanı Federal Təhqiqat Bürosunun ABŞ kəşfiyyatının keçmiş kontraktoru Edvard Snoudenin Milli Kəşfiyyat agentliyinin məxfi izləmə proqramı haqda informasiyanı ictimaiyyətə açıqlaması ilə bağlı apardığı təhqiqata dair suallar verilib.

Milli Kəşfiyyat agentiyi bu informasiyanın terror hücumlarının üstünü açmağa kömək etdiyini bildirir. Edvad Snouden bildirib ki, amerikalılar hökumət tərəfindən izləndiklərindən xəbərdar olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG