Accessibility links

Senat məhkəməsi Trampa bəraət verdi


VAŞİNQTON - ABŞ Senatı impiçment məhkəməsində Prezident Donald Trampa bəraət qazandırıb.

Onun siyasi divident naminə Ukraynaya təzyiq göstərməsi ilə bağlı ittihamların doğru olduğuna səs verən yeganə Respublikaçı Senator Mitt Romni olub.

Senatdakı Demokratlar prezidentə qarşı hakimiyyətdən sui-istifadə və Konstitutsiyanı əngəlləmək ittihamlarının təsdiq olunması üçün tələb olunan 67 səs qazana bilməyiblər.

Trampın impiçment məhkəməsi Birləşmiş Ştatların 243 illik tarixində prezidentə qarşı üçüncü belə məhkəmə olub. 19-cu əsrin ortalarında və 21 il öncə Bill Klintona qarşı iddialar da Senat məhkəməsi tərəfindən rədd edilmişdi.

Senator və sabiq prezidentliyə namizəd Mitt Romni Prezident Trampın günahkar olduğuna səs verən yeganə Respublikaçı olub.
Senator və sabiq prezidentliyə namizəd Mitt Romni Prezident Trampın günahkar olduğuna səs verən yeganə Respublikaçı olub.

Lakin Tramp yeganə impiç edilmiş prezidentdir ki, qarşıdan gələn seçkilərdə yenidən namizəd olacağı gözlənilir.

Prezident çərşənbə axşamı illik hesabat məruzəsində impiçmentə toxunmadı. Ancaq bütün bu müddət ərzində Tramp impiçment prosedurlarını “cadugər ovu” kimi qələmə verib.

İmpiçment maddələri Trampı Ukrayna Prezidnti Volodimir Zelenskiyə sabiq vitse-prezident Co Bayden və oğlunun araşdırılması istiqamətində təzyiq göstərməklə səlahiyyətlərindən sui-istifadə etməkdə və Kyivə Rusiyapərəst separatistlərə qarşı mübarizədə istədiyi $391 milyon dollar məbləğində hərbi yardımı müvəqqəti saxlamaqda ittiham etmişdi.

Konqresdəki Demokratlar Prezident Donald Trampı Ukraynaya 2020-ci prezident seçkilərində rəqibi, keçmiş vitse-prezident Co Baydenlə bağlı təhqiqata cəlb etmək üçün təzyiq məqsədilə “korrupsiyalaşmış sxem” hazırlamaqda ittiham edirdilər. ABŞ Senatında Trampın hakimiyyətdən uzalaşdırılıb-uzaqlaşdırılmamasını mühakimə edən 100 senator qarşısında dəlillərin təqdim edildiyi ilk gün konqresmen Adam Şiff bildirmişdi ki, məhkəmə prosesi Amerikanın bütün dünyada nüfuzuna təsir göstərəcək.

İmpiçment prosesinə rəhbərlik edən qanunvericilər Senatdakı məhkəmədə açılış prosesində debatlardan sonra dəlilləri təqdim edərək, Trampın günahkar olduğunu göstərməyə çalışıblar.

“Prezident Tramp yenidən seçilmək üçün xarici yardımı təmin etmək məqsədilə Rusiya ilə müharibə edən strateji tərəfdaşa yüz milyonlarla dolların ayrılmasını saxlayıb. Başqa sözlə, aldatmaq üçün. Bu yolla, prezident yalnız ona verilmiş və heç bir siyasi opponentin malik olmadığı rəsmi dövlət mövqeyindən demokratik seçkidə üstünlük qazanmaqdan ötrü istifadə edib,” Konqresmen Adam Şiff deyib.

Demokratlar üstü açılmalı olan daha çox dəlil olduğunu, lakin onların Senatda əksəriyyətin lideri Mitç Makkonnelli məhkəmənin əvvəlində şahidləri çağırmağa məcbur etmək üçün ilk cəhdlərinin uğursuz olduğunu bildirib.

Senatda azlıqda olan Demokratların lideri Senator Çak Şumer deyib: “Amerika xalqının prezident Trampın impiçment məhkəməsində gördüyü ilk şey Respublikaçı senatorların müvafiq dəlillər əsasında ədalətli mühakimənin əleyhinə səs verməsi oldu. Prezident Trampın impiçment məhkəməsi üzərində qara bulud, ədalətsizlik buludu olaraq başlayır.”

Mitç Makkonnell bildirib ki, açılış arqumentlərinin təqdim edilməsi bitməyənə qədər şahidlərin çağırılması ilə bağlı qərar verilməyəcək, lakin o, şahidlərin çağırılmasını istəyən əksər amerikalıların istəyini nəzərə ala biləcəyini söyləmişdi.

Nümayəndələr Palatasının impiçmet meneceri Adam Şiff (D-Kaliforniya) Prezident Trampın konstitutsiyaya xəyanət etdiyini sübut etmək üçün arqumentlərlə çıxış edib.
Nümayəndələr Palatasının impiçmet meneceri Adam Şiff (D-Kaliforniya) Prezident Trampın konstitutsiyaya xəyanət etdiyini sübut etmək üçün arqumentlərlə çıxış edib.
Trampa qarşı dəlillərin təqdim edildiyi açılış prosesi bəzi fikir ayrılıqlarına gətirib çıxarmışdı.

Trampın vəkilləri müdafiəyə şənbə günü başlamışdı. Lakin prezidentin müttəfiqləri artıq Demokratları impiçment prosesindən siyasi xeyir əldə etmək üçün istifadə etməkdə ittiham edirdi.

Respublikaçı senator Lindsi Qraham deyib: “Donald Trampa gələndə, onlar onu çıxarmaqdan ötrü ofisin təsisatını dağıtmağa hazırdır.”

Senator Lindsey Qraham Trampın Senatda aparıcı müdafiəçisi kimi tanınıb.
Senator Lindsey Qraham Trampın Senatda aparıcı müdafiəçisi kimi tanınıb.

Demokratlar arqumentləri təqdim etdiyi zaman keçmiş vitse-prezident Co Baydenin ifadəsi qarşılığında Ağ Ev rəsmilərinin ifadə verməsinə icazə ilə bağlı mübahisələr davam bir necçə gün davam etdi.

“Bu, ticarət deyil. Məhkəmə şahidlərlə mübadilə prosesi deyil. Onlar bu məhkəmədən Baydenləri ləkələmək üçün istifadə etmək istəyirlər. Məhkəmənin məqsədi bu deyil və senatorlar bundan bu şəkildə sui-istifadə edilməsinə yol verməməlidirlər,” Konqresmen Adam Şiff bildirmişdi.

Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi impiçment prosesinə start verən əsas siyasi fiqurlardan biri olub.
Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi impiçment prosesinə start verən əsas siyasi fiqurlardan biri olub.

ABŞ Nümayəndələr Palatası 19 dekabr axşam saatlarında Prezident Donald Trampı öz siyasi mənfəəti xatirinə prezident səlahiyyətlərindən sui-istifadə etməkdə və Konqresin onun əməllərini araşdırmaq səylərini əngəlləməkdə ittiham edərək onun impiçmentinə səs vermişdi.

Partiya xətti üzrə bölünən səsvermədə palatada çoxluq təşkil edən Demokratların mütləq əksəriyyəti iki impiçment maddəsini təsdiq edərək Trampı 243 illik ABŞ tarixində üçüncü impiç edilən prezident etdi.

Nümayəndələr Palatasında impiçmentin birinci maddəsi (səlahiyyətlərdən sui-istifadə) 230:197 səslə, ikincisi (Konqres araşdırmasını əngəlləmək) isə 229:198 səslə qəbul edilmişdi.

XS
SM
MD
LG