Accessibility links

Senat mühacirətə dair debatlara başlayır


ABŞ Senatı 11 milyon sənədləşdirilməmiş mühacirin Amerika vətəndaşlığı ala bilməsi üçün tarixi və mübahisəli mühacirət qanununa dair müzakirələrin başlanmasına səs verib.

Senatda mühacirətə dair 82 lehinə 15 əleyhinə səs çoxluğu ilə start verilmiş müzakirələr təhlilçilərin fikrincə bu ayın sonunadək davam edə bilər.

Qanun layihəsi Birləşmiş Ştatlarda hazırda 11 milyon sənədi olmayan mühacirə 13 il ərzində vətəndaşlıq verilməsini nəzərdə tutur. Sənəd demokrat və respublikaçı senatorlar tərəfindən hazırlanıb.

Qanun layihəsinin səsə qoyulması səylərini dəstəkləyən öncül senatorlar Çarlz Şumer mühacirət islahatlarının vaciblyini vurğulayıb. O hazırkı sistemin köhnəlmiş və qəbuledilməz olduğunu deyib.

Səsvermədən öncə ABŞ prezidenti Barak Obama ölkənin mühacirət sistemində islahatların vaxtının gəlib çatdığını deyərək, Konqresi sənədi təsdiq etməyə çağırıb.
XS
SM
MD
LG