Accessibility links

ABŞ Senatı yardım paketini bir daha təsdiq edə bilmədi


Senatın azlıq lideri Çak Şumer və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin 2 trillion dollarlıq yardım paketi razılığının çərşənbə axşamı günü təsdiq ediləcəyinə ümidlərini ifadə edib.

Bazar ertəsi gecəyədək Senatın ikinci dəfə yardım paketini təsdiq edə bilməməsindən sonra müzakirələr davam edib.

Qanun koronavirusun ən ağır təsirinə məruz qalan bir çox amerikalı və bizneslərə yardımı nəzərdə tutur.

Son günlər respublikaçılar və demokratlar biri-birinə qarşı kəskin ifadələr işlədib.

Senatın əksəriyyət lideri Mitç Makonnel demokratları qanunun təqdiqlənməsini dəyişikliklər tələb etməklə gecikdirməkdə ittiham edib. Şumer isə Makonneli iki prosedural səsverməni uğursuzluğa məruz qalacağına görə qəsdən uzadaraq vaxt itirməkdə günahlandırıb.

53 respublikaçı və 47 müxalif demokratdan ibarət dərin siyasi fikir ayrılıqlarına malik ABŞ Senatı yardım paketi üzərində respublikaçı prezident Trampın administrasiyası ilə birgə işləyir.

Senat yardım paketini bazar günü nadir hallarda keçirilən iclasda təsdiq etməyi planlaşdırırdı. Layihə bazar ertəsi günü yekun təsdiq üçün demokratların nəzarətində olan Nümayəndələr Palatasına təqdim ediləcəkdi.

Lakin uzun sürən mübahisələrdən sonra yardım paketinə dair qanunun səsverməsinin bazar ertəsinədək təxirə salınması qərarı alınmışdı.

Yardım paketi amerikalıların 90 faizinə birbaşa ödənişlər edilməsini nəzərdə tutur.

4 nəfərdən ibarət ailələrə 3 min dollar, bizneslərə isə 500 milyard dollar ayrılmalıdır. Şəhərlər və ştatlar isə kiçik bizneslərə 350 milyard dollar ödənilməsini planlaşdırır.

Demokratlar bizneslər üçün nəzərdə tutulan $500 milyardlıq yardım proqramına qarşı çıxıb. Bəziləri bunu vəsaitin kimə və nə qədər ayrılacağını sual altına alaraq “rüşvət fondu” adlandırıb.

Hazırda ABŞ-ın 13 ştatında milyonlarla insan evlərindən çıxmır. Ölkənin tam bağlanması planlaşdırılmır.

Amerikada indiyədək 41 min koronavirusa yoluxma halı təsdiqlənib. 500 adam həyatını itirib. Son günlər bu göstəricilər hədsiz dərəcədə artıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG