Accessibility links

Senat Səudiyyə Ərəbistanının insan haqları pozuntularına görə cəzalandırılmasını nəzərdən keçirir


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Səudiyyə Ərəbistanının insan haqları pozuntularına göröə cəzalandırılmasını nəzərdə tutan qətnamə layihəsini təqdim edib.

Aydaho ştatından respublikaçı senator Ceyms Riç deyib ki, hər iki partiyanın dəstəklədiyi qətnamədə ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin ətraflı şəkildə nəzərdən keçirilməsi və kral ailəsinin insan haqları pozuntularına görə məsul tutulmasına çağırılır.

Lakin prezident Donald Tramp tərəfindən imzalanması üçün sənəddə ABŞ-ın Səudiyyə Ərəbistanına silah satışını dayandırması nəzərdə tutulmur. ABŞ prezidenti bunun Birləşmiş Ştatlarda iş yerlərinin təmin olunması və İran tərəfindən təhlükələrin qarşısının alınması üçün mühüm olduğunu bildirir.

Konqres bu yaxınlarda Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bir sıra müttəfiqlərə bir neçə milyard dollarlıq silah satışının qarşısının alınmasına səs verib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Yəməndə İranın dəstəklədiyi Husilərə qarşı mübarizədə koalisiyanın əsas iki üzvüdür.

XS
SM
MD
LG