Accessibility links

Trampın daxili işlər və təhsil naziri vəzifələrinə nominasiyaları ilə bağlı dinləmə keçirilir


Betsi DeVos
Betsi DeVos

ABŞ Senatının komitərlərində prezident seçilmiş Donald Trampın Daxili işlər və Təhsil nazirliklərinə rəhbərlik etmək üçün irəli sürdüyü namizədlərin təsdiqi ilə bağlı dinləmələr keçirilir.

Daxili işlər naziri postuna nominasiya edilmiş Rayan Zinke Senatın Energetika və Təbii Ehtiyatlat komitəsində ifadə verəcək.

ABŞ hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qrupunun (Navy SEAL) keçmiş üzvü olmuş Zinke hökumətə məxsus torpaqların federal mülkiyyətdə saxlanmasının tərəfdardır. Bu, Respublikaçılar partiyasının özəlləşdirmə və torpaqların ştatların mülkiyyətinə verilməsi tərəfdarı olan bir sıra üzvlərinin mövqeyindən fərqli yanaşmadır. Zinkenin baxışları hökumətə məxsus torpaqların ştatların mülkiyyətində olmasını deyən Trampın baxışları ilə üst-üstə düşür.

Rayan Zinke
Rayan Zinke

Ətraf mühit fallarının çoxu dövlətə məxsus torpaqlarda qazma və enerji ehtiyalarının hasilatının tərəfdarı olan və qlobal iqlim dəyişikliyi ilə bağlı şübhələrini ifadə edən Zinkenin namizədliyinə etiraz edir.

ABŞ-ın hər yerində 70 mindən çox işçisi olan Daxili işlər nazirliyi milli parklar da daxil olmaqla federal torpaqlara nəzarət edir.

ABŞ-ın təhsil naziri vəzifəsinə nominasiya olunmuş Betsi DeVosun təsdiqi ilə bağlı dinləmə isə Senatın Səhiyyə, Təhsil, Əmək və Təqaüd komitəsində keçiriləcək.

Miçiqan ştatından olan miyarder-xeyriyyəçi uşaqların özəl məktəblərdə təhsil alması üçün hökumət tərəfindən maliyyə ayılmasını nəzərdə tutan məktəb vauçerləri proqramını dəstəkləyən Amerika Uşaq Federasiyasının rəhbəridir.

Müəllimlərin ən böyük həmkarlar ittifaqı olan Milli Təhsil Assosiasiyası DeVosun namizədliyinə etiraz edir. Assosiasiyanın prezidenti Eskelsen Qarsiya DeVosun nominasiyası elan edildikdən sonra açıqladığı bəyanatda bildirib ki, "o, ictimai təhsilə şagirdlərə dəstəkdən daha çox zərər vurub".

ABŞ Senatı cümə günü prezident seçilmiş Donad Trampın inaqurasiyasından öncə kabinetə nominasiya olunmuş başqa namizədlərin təsdiqi ilə bağlı dinləmələr keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG