Accessibility links

ABŞ Senatı ili Ukraynaya əlavə yardım paketini təsdiqləmədən başa vuracaq


ABŞ Senatında çoxluqda olan Demokratların lideri Çak Şumer
ABŞ Senatında çoxluqda olan Demokratların lideri Çak Şumer

ABŞ Senatının liderləri Konqresin bu ili Kyiv və Ağ Evin təkid etdiyi 61 milyard dollarlıq yardım paketini təsdiqləmədən başa vuracağı ilə bağlı razılığa gəlib.

Senatın Demokratlar Partiyasının lideri Çak Şumer jurnalistlərə "müzakirəçilərimiz dekabr və yanvar tətilində çox, çox çalışacaqlar və məqsədimiz geri qayıdan kimi nəsə etməkdir" deyib.

Senatda 2 nömrəli Respublikaçı Con Tun da yanvarın əvvəlinə qədər razılaşmanın əldə edilməyəcəyini deyib. "Demokratlar vaxtı o qədər uzatdılar ki, Miladdan əvvəl əhəmiyyətli bir sərhəd təhlükəsizliyi razılaşmasına nail olmaq qeyri-mümkündür" - deyə, o, Senatın yığıncağında bilditib.

Şumer və Senatın Respublikaçı lideri Mitç Makkonnelin birgə bəyanatlarında müzakirəçilərin "həvəsləndirici irəliləyiş əldə etdiklərini", lakin "çətin məsələlərin qaldığını" bildiriblər.

Bundan əvvəl Ağ Ev Amerikanın yardımı maliyyə çatışmazlığı səbəbindən bu ilin sonuna kimi başa çatdıracağı barədə xəbərdarlıq etmişdi.

Bayden administrasiyasının Ukraynaya daha 61 milyard dollar dəstək istəyi Konqresdə bloklanıb. Respublikaçılar bunu ABŞ-Meksika sərhədində daha sərt immiqrasiya nəzarəti ilə əlaqələndirməyə çalışır. Paketin digər elementi olan İsrailin maliyyələşdirilməsi məsələsi daha az mübahisə doğurub.

İmmiqrasiya ABŞ siyasətində ən ziddiyyətli məsələlərdən biridir və son 20 ildə iki partiyanın islahat cəhdləri dəfələrlə uğursuzluğa düçar olub.

"Bu məsələnin nə qədər çətin olduğunu ifadə edə bilmirəm. Bu, Amerika qanunvericiliyinin ən çətin sahəsidir" - deyə, danışıqlarda iştirak edən müstəqil namizəd, senator Kirsten Sinema bildirib.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ qanunvericilərindən dəstək qazanmaq üçün keçən həftə Vaşinqtona səfər edərkən Respublikaçıların skeptisizmi ilə üzləşib. Bu, onun son bir ildə ABŞ paytaxtına üçüncü səfəri idi.

Forum

XS
SM
MD
LG