Accessibility links

Senat "Yaşıl Yeni Razılıq" paketinin əleyhinə səs verib


Respublikaçıların üstünlük təşkil etdiyi Senat çərşənbə axşamı günü gecə demokratların dəstəklədiyi Yaşıl Yeni Razılıq (Green New Deal) adlanan sənədin əleyhinə səs verib.

Razılaşma ABŞ-ı iqlim dəyişikliyinə səbəb olan təbii yanacaqdan istifadəsinin dayandırılmasını nəzərdə tutur.

İndi dünyanı dəyişəcək elm vaxtıdır, siyasi çəkişmələr deyil.
Elizabet Uorren, Demokrat Senator

57-0 əleyhinə səs verilən sənədlə bağlı Demokratların 43-nün adları çəkildikdə onlar Respublikaçıların təşkil etdikləri səsvermədə iştirakdan imtina edib.

"İndi yeni ideyalar vaxtıdır, köhnə ideyalar deyil. İndi innovativ araşdırmalar vaxtıdır, ritorikalar deyil. İndi dünyanı dəyişəcək elm vaxtıdır, siyasi çəkişmələr deyil,” deyə Senator Elizabet Vorren bildirib.

Konqres üzvü Aleksandria Okasio-Kortez (D-NY) və Senator Ed Markey (D-MA) Yaşıl Reni Razılığı ictimaiyyətə açıqlayırlar. 7 fevral , 2019. Onların Respublikaçılar tərəfindən "utopik" adlandırılan təklifləri növbəti 10 il ərzində istixana qazlarının sıfıra endirilməsini nəzərdə tutur.
Konqres üzvü Aleksandria Okasio-Kortez (D-NY) və Senator Ed Markey (D-MA) Yaşıl Reni Razılığı ictimaiyyətə açıqlayırlar. 7 fevral , 2019. Onların Respublikaçılar tərəfindən "utopik" adlandırılan təklifləri növbəti 10 il ərzində istixana qazlarının sıfıra endirilməsini nəzərdə tutur.

Yeni yaşıl razılığının icrası icbari olmasa da, külək, günəş enerjisi də daxil olmaqla, ABŞ-ı neft, qaz, enerji resurslarından istifadədən uzaq saxlaya bilər.

Alimlər təbii yanacaqdan istifadə edilmənin qeyri-təbii istiləşməyə səbəb olduğunu deyir.

Tənqidçilər Yaşıl Yeni Razılığın ABŞ iqtisadiyyatını sarsıdacağını deyirlər.

Rəy sorğularına görə, amerikalıların çoxu iqlim dəyişikliyinin fəsadlarından narahatdır.

Resublikaçılar solçu Demokratların irəli sürdüyü təklifləri utopik adlandıraraq onların reallaşmasının iqtisadiyyata ağır zərbə endirəcəyini deyirlər. İdeyanın Respublikaçıar tərəfindən səsverməyə qoyulması Konqres üzvlərini bu təkliflər paketinə rəy bildirmək məcburiyyəti qarşısında qoyub.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG