Accessibility links

ABŞ Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsinə dəstəyini dayandırır


ABŞ Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsinə dəstəyini dayandırır
please wait

No media source currently available

0:00 0:02:20 0:00

Birləşmiş Ştatlar Senatı uzun müddət ABŞ müttəfiqi olan Səudiyyə Ərəbistanına qarşı indiyədək ən sərt ölçüyə əl atıb. Tarixi qərarda Riyadın Yəməndəki vətəndaş müharibəsinə hərbi müdaxiləsinə Amerikanın öz dəstəyini dayandıracağı bəyan edilir. Senat eləcə də səudiyyəli dissident Camal Xaşuqçinin qətlinı qınayan bir qətnamə qəbul edib.

Bu iki qətnamə Amerikanın Yaxın Şərqdəki ən yaxın müttəfiqinə ciddi təpki sayılır. Senat bu qətnamələrlə Yəməndəki ölüm və zülm hallarına öz rəsmi reaksiyasını vermiş oldu. Demokrat senator Patrik Leyi: “İstənilən obyektiv parametrlə ölçsək, Səudiyyə ordusu müharibə cinayətləri törətməkdə günahkardır və bizim buna “bəsdir” deməyimizin vaxtı coxdan çatıb.”

Senat eləcə də iki ay əvvəl qətlə yetirilmiş jurnalist Camal Xaşuqcinin ölümündə Səudiyyə şahzadəsi Məhəmməd Bin Salmanı günahlandırıb. Respublikaçı senator Marko Rubio: “Əgər siz şahzadə haqda nəsə bilirsinizsə, ona yaxın olan 17 nəfərin təyyarəyə minib üçüncü bir ölkəyə uçaraq, oradakı konsulluqda bir nəfəri doğrayıb geri dönmələrindən onun xəbəri olmadan edilmədiyini də bilməlisiniz.”

Tramp administrasiyasının Xaşuqcinin qətlində kimin məsuliyyət daşıdığı barədə qarışıq mesajlar verdiyi halda, Ər-Riyad bu cinayətdə "hiyləgər casusları" günahlandırıb.

Ağ Ev və onun Senatdakı tərəfdarları Vaşinqtonla Əl-Riyad arasındakı hərbi əməkdaşlığın pozulmasını da istəmir. Respublikaçı senator Ceyms Lankford: “Bu vətəndaş müharibəsi çox çirkli bir müharibədir. Amma güman etmək olmaz ki, bizim kənara çəkilməyimiz oradakı mülki vtəndaşları qoruyacaq. Bu belə deyil."

Senator Marko Rubio: “Əgər siz Hutisinizsə və qəzetlərdə ABŞ Senatının Səudiyyə Ərəbistanına dəstəyini dayandırdığı barədə xəbəri oxuyursunuzsa, bilirsinizmi nə fikirləşəcəksiniz? “Bizə belə sülh razılığı lazım deyil, biz onsuz da qalib gələcəyik””.

Senatın BMT-nın sponsorluq etdiyi Yəmənin İsveçrədəki sülh danışıqlarında irəliləyiş əldə edildiyi barədə xəbər aldıqdan sonra bu ölkəyə humanitar yardım çatdırılmasına ümidi artmışdı.

Bu arada isə Vaşinqton Səudiyyə Ərəbistanına sərt mesaj göndərir. Müstəqil senator Berni Sanders: “Dünyaya çatdırın ki, Amerika Birləşmiş Ştatları yer kürəsində ən dəhşətli humanitar fəlakətin bir hissəsi olmaqda davam etməyəcək.”

Qəbul edilən qətnamədə Amerikanın müharibəyə nə vaxt qoşulacağı barədə qərarı Konqresin qəbul edəcəyi vurğulanır, hərçənd ki, bu, daha çox simvolik xarakter daşıyır. Belə ki, Nümayəndələr Palatası ilin sonunadək Yəməndəki müharibə səlahiyyətlərinə dair qətnamə üzərində səs verməyəcək.

XS
SM
MD
LG