Accessibility links

Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib


Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib
Senatın Xarici ƏIaqələr komitəsinin dinləmələrində soyqırım məsələsi gündəmə gəlib

Con Heffern Osmanlı imperiyası tərəfindən 1,5 milyon ermənin soyqırıma məruz qaldığı hadisəsini qəbul edib etmədiyi barədə sualın cavabında soyqırım sözünü işlətməsə də Osmanlı imperiyasının son illərində 1,5 milyona qədər erməninin qətlə yetirildiyi fikri ilə razılaşdığını bildirib.

ABŞ-ın Ermənistana yeni səfiri vəzifəsinə namizədliyi irəli sürülmüş Con Heffern Senatın Xarici Əlaqələr Komitəsinin keçirdiyi dinləmələrdə senatorların suallarına cavab verib. Con Heffer dinləmələr zamanl Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından Demokrat senator Robert (Bob) Menendezin Osmanlı imperiyası tərəfindən 1,5 milyon ermənin mütəşəkkil/ sistematik şəkildə qırıldığı yəni soyqırımına məruz qaldığını qəbul edib etmədiyi barədə sualın cavabında soyqırım sözünü işlətməsə də imperiyanın son illərində qətliamlar, nəticəsində 1,5 milyona qədər erməninin qətlə yetirildiyi fikri ilə razılaşdığını bildirib. O eyni zamanda cavabında prezident Obamanın məsələ barədəki çıxışlarını xatırladıb.

Dinləmələrdə Robert Menendezin başqa sualının cavabında Heffer cavabı dəqiq bilmədiyini etiraf etməklə yanaşı indiki Türkiyə Cümhuriyyətinin Osmanlı imperiyasının varisi olduğu fikri ilə razılaşdığını bir qədər tərəddüt edəndən sonra deyib.

Barak Obama prezident seçiləndən sonra hər il 24 Apreldə Osmanlı imperiyasının son illərində həyata keçirilən erməni təhcirinin qurbanlarını yada salmaq üçün bəyanatla çıxış edib, Erməni mənşəli Amerika vətəndaşlarının bu ölkənin tarixində verdikləri töhfələri xatırlatsa da indiyə qədər soyqırım sözünü işlətməyib. Ancaq o 1,5 milyon erməninin qətlə yetirilməsinə bəyanatında yer verib. Hər il 24 Apreldə ayrı bəyanatlar versə də prezident Obama ermənilər və türklər arasında dialoqa çağırıb bu istiqamətdəki addımları alqışlayıb iki xalqı dinc bir gələcək üçün birgə işləməyə çağırıb.

Bunu da qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasında da erməni soyqırımı məsələsi barədə dəfələrlə qanun layihələri təqdim edilib müzakirəyə qoyulsa da indiyə qədər belə bir qanun layihəsi təstiq olunmayıb.

ABŞ-da çoxlu qanunvericinin belə bir qanun layihəsinin tərəfdarı olmasına baxmayaraq onun əleyhinə olanların sayı da az deyil və onlar indiyə qədər bu istiqamətdə bir qətnasmə layihəsinin qarşısını ala biliblər.

ABŞ-da Erməni Lobbisi onillərdən bəri Konqresə öz xətdinə uyğun gələn layinənin qəbulu üçün fəaliyyət göstərir. Bu lobbi Yəhudi lobbisindən sonra ölkədə Yunan lobbisi kimi ən güclü lobbilərdən biri kimi qəbul edilir. Son on ildə isə Birləşmiş Şttlardakı Türk Lobbisi, hət da Azərbaycan lobbisi olduqca fəallaşmış, Konqresdə bu ölkələrlə dosluq qrupları təsis olunmuşdur.

Senatın Xarici Əlaqələr Komitəsi xarici ölkələrdə ABŞ-ın səfiri vəzifəsinə təyin olunmuş şəxslərin namizədliyini müzakirə edib səsverməyə çıxarır.

Konqresdə iyulun 13-də keçiriləb dinləmələr zamanı ABŞ-ın Makedoniyada səfiri vəzifəsinə Pol Volers və Moldovada səfiri vəzifəsinə Vilyam Moserin namizədliyi də müzakirə olunub.

Heffernin namizədliyi komitə və Senat tərəfindən təstiq olunsa, o bu vəzifəyə üç il əvvəl prezident Corc Buş tərəfindən təyin olunmuş Marie L. Yovanovitchi əvəzələyəcək.

Con Heffern xarici siyasət idarəsinə 1982-ci ildən qoşulub. Daha çox Şərqi Asiya üzrə ixtisaslaşıb. İndiyə qədər Malayziya, Yaponiya və İndonizaya ilə bağlı işlərdə çalışıb. Hazırda ABŞ–ın NATO-dakı daimi nümayəndəsinin müavinidir.

XS
SM
MD
LG