Accessibility links

Senator Ben Kardinlə eksklüziv müsahibə [Video]


Senator Ben Kardinlə eksklüziv müsahibə
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Senator Ben Kardinlə eksklüziv müsahibə

ABŞ-ın nüfuzlu senatoru Helsinki Komissiyasının dinləmələrindən sonra Amerikanın Səsinə danışdı

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycana həsr etdiyi dinləmələrə rəhbərlik edən nüfuzlu senator Ben Kardin dinləmələrdən sonra Amerikanın Səsinə eksklüziv müsahibə verib. Müsahibə zamanı o, Azərbaycanda insan haqlarının vəziyyəti və ABŞ-Azərbaycan münasibətlərinin mühümlüyündən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik.

Amerikanın Səsi: Azərbaycanda hansı dəyişikliklərin tətbiqini görmək istərdiniz?

Senator Ben Kardin: Azərbaycan ABŞ-ın vacib strateji tərəfdaşıdır. Biz bir çox ortaq maraqları bölüşürük. Biz sadəcə Azərbaycan xalqına Helsinki Komissiyasının prinsiplərini göstərmək istəyirik. Komissiya 3 amillə əsaslanır. Yalnız təhlükəsizlik və iqtisadi amillə deyil, həm də insan haqlarıyla bağlıdır. Son prezident seçkilərində beynəlxalq seçki müşahidəçilərinin məsləhətlərinin tətbiqində irəliləyiş görmək istəyirik. Vicdan məhbuslarının sərbəst buraxılmasını görmək istəyirik. İnsanların fikirlərini ifadə etməsinə icazə verilməsində irəliləyiş görmək istəyirik. Bu kimi dəyişiklikləri görmək istərdik. ABŞ üçün yox, Azərbaycan üçün. İnsanlar bunu öz ölkələrində istəyir.

Amerikanın Səsi: Azərbaycan rəsmilərinə mesajınız nədir?

Senator Ben Kardin: Birincisi, biz dostluğmuzu yüksək qiymətləndiririk. Bizim ortaq maraqlarımız çoxdur. Onlara müstəqilliklərinə görə, xüsusilə də, Əfqanıstandakı yardımlarına görə təşəkkürümüz bildiririk. Onlara Rusiyanın təcavüzünə qarşı səslərini ucaltdıqlarına görə təşəkkür edirik. Biz tərəfdaşlığımızı gücləndirəcəyimizə ümid edirik.

Amerikanın Səsi: Leyla Yunusla bağlı bir neçə bəyanatla çıxış etmisiniz. Bu məsələ ilə bağlı əlavə etmək istədiyiniz nəsə varmı?

Senator Ben Kardin: Təzyiqlərə məruz qalan və ya həbs edilən bütün məhbuslarla bağlı deyə bilərəm ki, biz bunun yanlış addım olduğunu düşünürük. Biz onların adlarını vurğulayaraq bu hərəkətləri pisləməkdə davam edəcəyik. Ümid edirik ki, fundamental haqqlarını tələb etdiklərinə görə həbs edilənlər azad ediləcək. Azərbaycan müxalif fikirlərin heç bir hədə-qorxu olmadan dinc şəkildə ifadə edilməsinə şərait yaradacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG