Accessibility links

Con Makkeyn Suriyayaya görə prezident Obamanı tənqid etdi


ABŞ Suriyanın əsas silah təchizatçısı olan Rusiyaya prezident Bəşar əl-Əsədi istefaya göndərmək üçün hesab apara bilməz, deyə ABŞ senatoru Con Makkeyn bildirib. Respublikaçı senator prezident Obamanı qətiyyətsiz xarici siyasət yürütməkdə və çətin qərarları seçkilərdən sonraya saxlamaqda ittiham edib.

Arizona ştatından olan senatorun prezident Obamaya ünvanlanan sərt tənqidi qarşıdan gələn seçki kampaniyasına təsir göstərə bilər. “Bu administrasiya zəif xarici siyasət xətti yürüdür və Amerikanın dünyada lider mövqeyinə uyğun hərəkət etmir,” deyə Makkeyn Fox News telekanalına bildirib.

Respublikaçıların prezidentliyə namizədi Mitt Romni bildirib ki, “prezident Obama Konqres liderlərindən daha sərt addımlar atılması çağırışlarına məhəl qoymalıdır.” Onun sözlərinə görə hazırkı yanaşma Bəşar əl-Əsədə öz rəqiblərini darmadağın etmək üçün vaxt verir.

Ağ Ev ötən şənbə günü Suriya hökumətini Hula kəndində 100-dən çox adamı, o cümlədən 49 uşağı öldürməkdə ittiham edərək, Əsədi istefa verməyə çağırıb.

XS
SM
MD
LG