Accessibility links

Senator Riçard Durbin Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb


Senator Riçard Durbin
Senator Riçard Durbin

Amerikalı senator Riçard Durbin Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb.

"Azərbaycanda sonuncu müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin azad edilməsini (həbsdən) alqışlayıram", Riçard Durbin Twitter səhifəsində yazıb.

Sonra o əlavə edib: "Ümid edirəm ki, bu addım onun üzərindən bütün ittihamların götürülməsi və həbs qətimkan tədbirinin dayandırılması ilə müşayiət olunacaq".

Sentyabrın 7-də Riçard Durbin Mehman Əliyevin həbsində əli olanlara qarşı sanksiyaların tətbiqi iə bağlı qanunverici təşəbbüslə çıxış edib.

Onun təşəbbüsü ABŞ-ın 2018-i il üçün xarici ayırmalar proqramı üzrə qanun layihəsinə düzəliş kimi ABŞ Senatının Təxsisatlar Komitəsində qeydə alınıb.

XS
SM
MD
LG