Accessibility links

ABŞ-ın 20 qadın senatoru Leyla Yunus və Xədicə İsmayılovaya azadlıq istəyir


Barak Obama 20 siyasi məhbus qadının portretinə baxır
Barak Obama 20 siyasi məhbus qadının portretinə baxır

ABŞ-ın 20 qadın senatoru dünyada qadın siyasi məhbusların, o cümlədən Azərbaycanda Leyla Yunusun və Xədicə İsmayılovanın azadlığa buraxılmasına nail olunmasına çağıran qətnaməni Senatın Xarici Əlaqələr Komitəsinə təqdim edib. Bu barədə Turan agentliyi məlumat yayıb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və jurnalist Xədicə İsmayıl

Qətnamənin təşəbbüsçüsü senator Kelli Ayotdur. Sənəddə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauerin əsassız yerə həbs edilmiş və mühakimə olunmuş 20 qadın siyasi məhbusun azad edilməsi ilə bağlı çağırış və səyləri tam dəstəkənir.

“Bizim müraciətimiz sadədir – dünya liderləri və xarici hökumətlər qadınları dəstəkləməlidir, onları həbsxanalara atmamalıdır”, qətnamədə deyilir.

Xatırladaq ki, Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2014-cü ilin avqustunda həbs olunub. 2015-ci ilin avqustunda 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs olunub və 2015-ci il sentyabrın 1-də 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Hər üç şəxs Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Rəsmi Bakı hüquq müdafiəçilərinin və jurnalistin siyasi məqsədlərlə həbs edilmədiyini, konkret ittihamlarla günahlandırldığını bildirir. Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların azad olunması ilə bağlı beynəlxalq çağırışları da qəbul etmir, bunu anti-Azərbaycan qüvvələrin işi hjesab edir.

Bununla yanaşı, çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, ABŞ Dövlət Departamenti, Avropa qurumları Azərbaycan hökumətini qanun pozuntuları ilə həbsə məhkum edilmiş insanları azad etməyə çağıran bəyanatlarla çıxış edib.

XS
SM
MD
LG