Accessibility links

ABŞ senatorları Azərbaycan prezidentini mətbuat azadlığına hörmətlə yanaşmağa çağırır


Sen. Marco Rubio (R-Florida), right, at a press conference at the US Capitol, April 5, 2017 in Washington, DC. (Win McNamee/Getty Images/AFP)
Sen. Marco Rubio (R-Florida), right, at a press conference at the US Capitol, April 5, 2017 in Washington, DC. (Win McNamee/Getty Images/AFP)

Senatorlar Marko Rubio və Ben Cardin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib

Amerikalı senatorlar Marko Rubio və Ben Cardin Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə jurnalistlərə qarşı siyasi təqiblərə son qoyulmasına çağırıb.

“Biz Azərbaycanda mətbuat və azadlıqların ciddi şəkildə və davamlı olaraq pozulmasından çox narahatıq,” 3 mart tarixli məktubda deyilir.

Senatorlar əsasən 2014-cü ildə saxta ittihamla məhkum edilmiş və 2016-cı ildə şərti azadlığa buraxılmış jurnalist Xədicə İsmayılovanın işinə toxunurlar.

Rubio və Cardin Senatın insan hüquqlarına nəzarət edən beynəlxalq münasibətlər üzrə alt komitəsinin sədrləri və üzvləri, Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının üzvləridir. Hər iki senator 2015-ci ildən Xədicə İsmayılovanın işi ilə məşğul olurlar.

“Ümid edirik ki, hökumətiniz Avropa Şurası və ATƏT üzvü kimi beynəlxalq öhdəliklərə uyğun olaraq KİV üçün azad zonanın yaradılması üzərində işləyəcək,” senatorlar yazırlar.

“Biz həm də xanım İsmayılovanın üzərindən bütün məhdudiyyətlərin dərhal aradan qaldırılmasına çağırırıq.”

“Təəssüf ki, Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi və əsas azadlıqlara hörmətlə bağlı narahatlıqlar ölkəyə olan beynəlxalq etimada və Azərbaycanda investisiyaların təhlükəsizliyinə xələl gətirir,” məktubda deyilir.

Senatorlar xatırladır ki, Xədicə İsmayılovanın həbsindən və “Azadlıq” radiosunun Bakı bürosunun bağlanmasından beş ildən çox vaxt keçib. O zaman bir çox jurnalistlər susduruldu və demək olar ki, bütün müstəqil KİV bloklandı. Ölkədə müstəqil televiziya yoxdur.

“Hətta ölkə xaricində çalışan azərbaycanlı jurnalistlər təqiblərə məruz qalırlar. Biz sizi bu cür siyasətə son qoymağa, müstəqil KİV-in yenidən Azərbaycanda işləməsinə imkan verməyə çağırırıq,” məktubda bildirilir.

XS
SM
MD
LG