Accessibility links

11 Sentyabr hadisələrinin ildönümündə ordu veteranı Əfqanıstanda missiyanın nəticələri haqda danışır


11 Sentyabr hadisələrinin ildönümündə ordu veteranı Əfqanıstanda missiyanın nəticələri haqda danışır
please wait

No media source currently available

0:00 0:04:27 0:00

2001-ci il 11 Sentyabr ABŞ-a qarşı terror aktlarının ardınca Birləşmiş Ştatlar hücumları təşkil edən Əl-Qaidə terrorçularına sığınacaq vermiş Taliban rejimini devirmək üçün Əfqanıstana müdaxilə etdi. 20 il sonra Birləşmiş Ştatlar Əfqanıstandan hərbi qüvvələrini çıxardığı vaxt Əfqanıstanda xidmət etmiş Amerika hərbçiləri missiyanın nəticələri və ABŞ-ın irsi haqda düşüncülərini bölüşür.

2002-ci ilin may ayında Amerikanın Səsinin jurnalisti Keyn Farabah o zaman ABŞ hərbi qüvvələrinin media şəbəkəsinin müxbiri kimi Əfqanıstanda Baqram hava bazasında olub.

Brayan Kol, ABŞ ordusunun zabiti:

“Mən ABŞ ordusunun 489-cu mülki batalyonunun ehtiyat mayoru Brayan Kolam.”

Brayan Kol o zaman minalardan yenicə təmizlənmiş ucqar Karabax bazar kəndində ABŞ-ın müxadiləsindən öncə Taliban tərəfindən bağlandıqdan sonra açılan məktəbdə uşaqları ləvazimatlı ilə təmin edirdi.

“Mən gördüyümüz işə insanların Pakistan və İrandan Əfqanıstana qayıda bilməsinə yönəlmiş xarici siyasətimizin davamı kimi baxıram. Əgər biz onların geri qayıtmasını istəyiriksə, o zaman onlar buraya gələn kimi onlara yardım göstərməliyik”, Brayan Kol bildirb.

Həmin gün Kol daha bir ucqar kəndə yardım çatdırırdı. Bütün bunlar Əfqanıstan xalqının “ürəyi və ağlını fəth etmək” strategiyası çərçivəsində edilirdi.

“Məktəbə indi ləvazimat və ərzaq gətirməklə biz qeyri-hökumət təşkilatlarının buraya gəlib missiyalarına başlayana qədər yardım göstərmək işini yerinə yetiririk”, Brayan Kol deyib.

Mayor Kol Əfqanıstandan vətənə salamat qayıdıb və hazırda Kentakki ştatının Leksinqton şəhəri yaxınlığında yaşayır. 19 ildən sonra Keyn Farabo onunla yenidən görüşüb.

“Mən indi ştat qoruğunda inspektor işləyirəm. Məndə zibilə qarşı fobiya var, çünki onlar bunu edirdi...yemək qutularını götürüb oraya partlayıcı qoyurdular, ya da küçənin qırağında zibil birdən-birə minaya çevrilirdi”, ştat qoruğunda inspektor işləyən Brayan Kol bildirib.

O, risklərə baxmayaraq, onun bölməsinin məqsədlərinin aydın olduğunu düşündüyünü deyib: “Bizim missiyamız iki məqsəddən – bizə dəstəyə nail olmaq və su quyuları çəkmək və bu kimi işləri görmək və eyni zamanda, ABŞ qüvvələrinin mövcudluğunun tanınması və daha geniş mənada Əfqanıstanın yeni yaradılmış hökumətinə dəstək qazanmaqdan ibarət idi.”

Brayan Kol ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra əsas diqqətin bu böyük məqsəddən yayındığına inanır.

“Siz yalnız bir böyük səy göstərə bilərsiniz. Biz isə iki böyük səy göstərməyə çalışırdıq və düşünürəm ki, bunu edərkən yayındıq” - deyə o bildirib.

Əfqanıstanda müharibə Kolun şəxsi həyatına da öz təsirini göstərib. O, xidmətə başlayanda qızı cəmi bir aylıq olub və Kentakkidə ailəsi onsuz çətinlik çəkib.

“Həyat yoldaşım mənim getməyimlə heç vaxt razılaşa bilmədi, biz bunun öhdəsindən gələ bilmədik və biz boşandıq” o bildirib.

Brayan Kol deyir ki, o, Əfqanıstanda daha yaxşı həyat qurmaq üçün qurbanlar verib, lakin bu missiyaya heç vaxt nail olunmayıb. “Ən yaxşı halda deyə bilərik ki, missiya başa çatıb.”

Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstanda hərbi missiyası baş verməsinin qarşısı alınmış hadisələrlə ölçülməlidir: “Biz 11 sentyabr hadisələrinə oxşar hücumların qarşısını ala bildik və mənim fikrimcə, biz ora getməsə idik onlar baş verə bilərdi. Təlim düşərgələri bundan çox arta bilərdi”.

Buna görə də o, ABŞ hərbi qüvvələrinin Əfqanıstanda qalmalı olduğunu düşündüyünü deyir və İkinci Dünya müharibəsindən sonra qüvvələrin Almaniya və Yaponiya kimi ölkələrdə yerləşdirildiyini presedent olaraq göstərir.

ABŞ ordusunda xidmətdən sonra təqaüdə çıxan Kol Əfqanıstanda olduğu müddətdə oradakı tərcüməçisi ilə əlaqə saxlamadığına təəssüf edir.

“Hyadeti tapa biləcəyimi və bəlkə də onun Birləşmiş Ştatlara gələ bilməsi üçün burada sponsor ola biləcəyimə ümid edirəm” o deyir.

Kol tərcüməçinin əsgərlərin və şəxsən onun həyatını xilas etdiyini bildirir və burada ona yaşamaq üçün yer verə biləcəyini deyir: “O bunu çox istəyərdi. Biz bu barədə söhbət etmişdik. Biz onunla Birləşmiş Ştatlara gəlməsi haqda danışmışdıq.”

ABŞ hərbi qüvvələrinin Əfqanıstanda hərbi mövcudluğu minlərlə insanın Kabil aeroportunda xaotik şəkildə ölkəni tərk etməsi ilə sona çatan zaman Kol hələ də əfqan tərcüməçinin statusu barədə məlumata malik deyil.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG