Accessibility links

11 sentyabra həsr olunmuş Pentaqon Memorial abidəsi


11 sentyabra həsr olunmuş Pentaqon Memorial abidəsi
please wait

No media source currently available

0:00 0:01:57 0:00

On yeddi il öncə ABŞ-ın Müdafiə Nazirliyi hücuma məruz qaldı. Amerikan Hava Yolları şirkətinə aid 77 nömrəli reys qaçırılaraq, Pentaqona çırpılmışdı. Nəticədə təyyarədəki bütün insalar və Pentaqonda çalışan 125 nəfər həyatını itirmişdi. Hücumun təsirinə məruz qalmış Ceyms Layçak həmin gün həyatını itirmiş insanlara həsr olunan 9-11 Pentaqon Memorialında Amerikanın Səsinə danışıb.

“Mənim balaca qardaşım Deyv 11 sentyabrda Pentaqonda həlak olub”, Layçak söyləyir.

Ceyms Layçak: “Mənim qayınım DC-də polisdə işləyirdi və FBI-da tanışları olduğu üçün, binaya daxil ola bilmişdi. O bizə ən pis xəbərə hazır olmağımızı söylədi, çünki binada ilişib qalan yox idi. Əgər insanlar hücumdan sonra ilk 4-5 saat ərzində binadan çıxmamışdısa, deməli artıq heç çıxmayacaqlardı”.

Ceyms Layçak: “Mən bunu qardaşımın xatirəsini, burada ölən bütün insaların xatirəsini anmaq üçün edirəm ki, biz onları heç vaxt unutmayaq və insalara həmin gün baş verənləri xartıraladaq”.

Ceyms Layçak: “Bura ilk daxil olanda yerdə hücüum baş verdiyi tarix və saat yazılıb: 11 sentyabr, 2011 səhər saat 9:37”.

Ceyms Layçak: “Məsələn orada gördüyünüz skamyada 1998-ci il yazılıb. Bu skamya 3 yaşlı Dana Falkenberqə həsr edilib. O, valideynləri ilə birlikdə təyyarədə həyatını itirib. Siz burada görürsünüz ki, onun skamyası binaya doğru baxır. Bu isə o dmeəkdir ki, gedib Dananın adını oxuduğunuzda önünüzdə səmanı görürsünüz və bu, Dananın 77 nömrəli reysdə öldüyünü əks etdirir”.

Ceyms Layçak: “Bu isə mənim qardaşım Deyvin skamyasıdır. Onun skamyası 1961-ci ilə aid skamayalar arasındadır, çünki o həmin il dünyaya gəlmişdi. Mən onun adını oxuyanda arxa planda Pentaqonu görürəm, bu da onun binada ikən öldüyünə işarədir”.

Pentagon Memorial abidəsi
Pentagon Memorial abidəsi

Ceyms Layçak: “Skamyalar həmçininn təyyarənin binaya doğru aldığı istiqamətə görə yerləşdirilib. Onlar səni təyyarənin binaya çırpıldığı yerə doğru aparır. Dizaynerlər buranın başqa heç bir yerə bənzəməməsini istəyirdi, çünki 11 sentyabr hadisəsi bənzəri olmayan bir hadisə idi”.

9/11 Pentaqon Memorial Fondu abidə ərazisində ziyarətçi mərkəzi inşa etmək üçün ianə toplayır.

XS
SM
MD
LG